"Füzuli şəhərinin işğaldan azad edildiyi gün Azərbaycan xalqının tarixi yaddaşında əbədi yaşayacaqdır" - DEPUTAT

"Füzuli şəhərinin işğaldan azad edildiyi gün Azərbaycan xalqının tarixi yaddaşında əbədi yaşayacaqdır" - DEPUTAT"17 oktyabr tarixi Azərbaycan xalqının yaddaşına şanlı və qürurverici bir gün kimi yazılmışdır. 2020-ci ilin məhz bu günündə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli şəhərini düşmənin işğalından azad etmişdir. Bu gün, artıq rəsmi olaraq "Füzuli Şəhəri Günü" kimi qeyd olunur və xalqımızın qəhrəmanlıq salnaməsinin mühüm səhifələrindən birini təşkil edir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, Füzuli rayonu tarixi baxımdan Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olmuşdur:

"Qədim yaşayış məskənləri, memarlıq abidələri və zəngin təbiəti ilə seçilən bu bölgə, eyni zamanda ölkənin strateji əhəmiyyətli ərazilərindən biri hesab olunur. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Füzuli şəhəri və rayonun böyük hissəsi illər boyu viran edilmiş, tarixi və mədəni irs dağıdılmışdı. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. 44 günlük Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlər ən ağır və strateji baxımdan ən mühüm əməliyyatlardan biri olmuşdur. 2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusu qan tökərək, şəhidlər verərək Füzuli şəhərinə Azərbaycan bayrağını sancdı. Bu zəfər, cəbhənin digər istiqamətlərində də üstünlüyümüzün təmin olunmasına mühüm zəmin yaratdı və Ermənistan ordusunun müdafiə xəttinin yarılmasında həlledici rol oynadı.
17 oktyabr 2020-ci il tarixində şanlı Ordumuz tərəfindən Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad edilmişdir. Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. 26 noyabr 2020-ci il tarixdə "Füzulinin azad olunmasına görə" medalı təsis edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25.325 hərbi qulluqçusu "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.
Bundan sonra Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunmuşdur".

Deputat onun da vurğuladı ki, işğaldan azad olunmuş Füzuli rayonu bu gün Azərbaycanın yenidənqurma və bərpa strategiyasının ön cəbhəsində yer alır:

"Dövlət başçısının xüsusi diqqəti və tapşırıqları ilə burada genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Artıq Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilmiş, yollar, məktəblər, xəstəxanalar, yaşayış binaları, sosial və iqtisadi obyektlər tikilməkdədir. Yeni Füzuli şəhəri "ağıllı şəhər" konsepsiyası əsasında qurulur və bu istiqamətdə uğurlu addımlar atılır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 18 martda "Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"nı təsdiq etmişdir. Dövlət başçısının xüsusi diqqəti nəticəsində rayonda "Füzuli" yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilmişdir.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa olunub. İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxstan xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi yaradılmıçdır. Hər iki qardaş ölkəyə aid təhsil və mədəniyyət mərkəzinin Azərbaycanda inşası bu xalqlar arasında mövcud olan möhkəm dostluğun rəmzidir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Azərbaycan xalqı Füzuliyə böyük ruh yüksəkliyi ilə qayıdır." Artıq keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı başlayıb. Bu, təkcə fiziki qayıdış deyil, həm də milli kimliyə, tarixi yaddaşa, mədəni irsə qayıdışdır.
Beləliklə, 17 oktyabr – Füzuli şəhərinin işğaldan azad edildiyi gün Azərbaycan xalqının tarixi yaddaşında əbədi yaşayacaqdır. Bu gün həm də şəhidlərimizin xatirəsinə ehtiramın, ordumuzun qəhrəmanlığına minnətdarlığın, dövlətimizin gücünə və xalqımızın birliyinə inamın təcəssüm etdiyi tarixi bir gündür".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 994   Tarix: 16 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin məsələsi üzrə müvafiq orqanlarla davamlı olaraq əlaqə saxlayır. Bu barədə Ermənistan mediasına istinadən xəbər verir. "Onların razılığını aldıqda

14 oktyabr
.

Türkiyə Ermənistanda keçiriləcək tədbirə qatılacaq

"BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Türkiyənin nazirlər səviyyəsində iştirak edəcəyi məlumdur. Lakin Azərbaycanın bu tədbirə qatılıb-qatılmayacağı barədə rəsmi təsdiqini tapmış hər hansı bir məlumat hələ ki, mövcud deyil". -ın Ermənista

15 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr
.

Azərbaycan Prezidenti Qətər əmiri ilə görüşüb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

15 oktyabr