"Zəngilan zəfəri milli qürurun simvolu kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı" - DEPUTAT

"Zəngilan zəfəri milli qürurun simvolu kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı" - DEPUTAT"Zəngilan rayonunun işğaldan azad edilməsi 44 günlük şanlı Zəfərimizin ən parlaq səhifələrindən biridir. Zəngilan rayonu coğrafi mövqeyi baxımından strateji əhəmiyyətli bölgəmizdir".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

"Zəngilan zəfəri milli qürurun simvolu kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı" - DEPUTATO, açıqlanasında qeyd edib ki, Zəngilan Hava Limanın istifadəyə verilməsi və Zəngəzur dəhlizinin buradan keçməsi rayonun gələcək inkişafı haqqında hər birimizdə aydın fikir formalaşdırır:

"Rayonun ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan olan ərazini əhatə edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Bilindiyi kimi, Füzuli və Cəbrayıl rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra zəngilanlılar mühasirə şəraitində olmasına baxmayaraq 67 gün misilsiz qəhramanlıqlar göstərməklə son ana qədər rayonu müdafiə etmişdir. 1993 - cu ildə Ermənistan tərəfindən işğal edilən Zəngilan rayonu 27 il ərzində dağıntılara, vandallığa və təbii sərvətlərinin talan olunmasına məruz qalmışdır. Ermənilər Zəngilanda yerləşən bütün dini, tarixi abidələri dağıtmış, flora və faunanı, meşə təsərrüfatını məhv etmişdir. Lakin Azərbaycan xalqı, onun Ali Baş Komandanı cənab İlham Əliyev heç vaxt işğalla barışmadı. Ulu Öndər Heydər Əliyevin irsi, onun strateji yol xəritəsi və cənab Prezident İlham Əliyevin prinsipial, qətiyyətliliyi, liderliyi bizləri Zəngilanın simasında doğma Qarabağımıza hər keçən gün daha da yaxınlaşdırdı. Nəhayət 2020-ci il oktyabrın 20-də qəhraman Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəngilan şəhərini və rayonun əksər kəndlərini azad etdi. 2020-ci ilin oktyabr ayının sonuna yaxın Zəngilan rayonunun bütün ərazisi Azərbaycan ordusunun nəzarətinə keçdi.
Zəngilan zəfəri hərbi-siyasi baxımdan böyük əhəmiyyət daşıyır. Rayonun azad olunması ilə ölkəmiz Zəngəzur istiqamətində mühüm üstünlük qazandı. Eyni zamanda, Ermənistanın cənubunda yerləşən təchizat xəttləri, strateji obyektlər ordumuzun nəzarəti altına alındı. Paralel olaraq da bu uğur əsgərimizə Qubadlı və Laçının azadlığına gedən yolun qapılarını açdı. Bu gün hər bir azərbaycanlı qürurla Zəngilan rayonunun dirçəlişinə və yenidənqurulmasına şahidlik edir. Böyük Qayıdış Proqramı çərçivəsində qısa müddət ərzində görülən genişmiqyaslı infrastruktur layihələri, Ağıllı kənd və şəhər konsepsiyası əsasında müasir yaşayış massivləri birliyimizin, gücümüzün rəmzinə çevrilmişdir. Ağalı kəndi işğaldan azad edilmiş yurdumuzda həyatın yenidən canlanmasının simvoluna çevrilmişdir. Zəngilan Hava Limanın istifadəyə verilməsi və Zəngəzur dəhlizinin buradan keçməsi rayonun gələcək inkişafı haqqında hər birimizdə aydın fikir formalaşdırır. Zəngilan zəfəri milli qürurun simvolu kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1645   Tarix: 17 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin məsələsi üzrə müvafiq orqanlarla davamlı olaraq əlaqə saxlayır. Bu barədə Ermənistan mediasına istinadən xəbər verir. "Onların razılığını aldıqda

14 oktyabr
.

Türkiyə Ermənistanda keçiriləcək tədbirə qatılacaq

"BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Türkiyənin nazirlər səviyyəsində iştirak edəcəyi məlumdur. Lakin Azərbaycanın bu tədbirə qatılıb-qatılmayacağı barədə rəsmi təsdiqini tapmış hər hansı bir məlumat hələ ki, mövcud deyil". -ın Ermənista

15 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr
.

Azərbaycan Prezidenti Qətər əmiri ilə görüşüb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

15 oktyabr