"Bu gün bir çox ölkələr etnik və dini parçalanmalarla üzləşərkən, Azərbaycan müxtəliflik üzərində birliyi qurmağı bacarıb" - AÇIQLAMA

"Bu gün bir çox ölkələr etnik və dini parçalanmalarla üzləşərkən, Azərbaycan müxtəliflik üzərində birliyi qurmağı bacarıb" - AÇIQLAMA"Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu, mədəniyyətlərin, dinlərin və ənənələrin qarşılıqlı təsir mühitində formalaşdığı unikal bir məkan olub" - bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, çoxmillətli və çoxkonfessiyalı ölkəmizin ictimai-siyasi inkişafında bütün dinlərin və etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət, etimad və sülh şəraitində birgəyaşayışı mühüm rol oynayıb.

"Multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması Azərbaycan cəmiyyətinin sosial-mədəni əsaslarının ayrılmaz tərkib hissəsidir və dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir", deyə Prezident İlham Əliyev vurğulayıb.

"Azərbaycan Prezidenti İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Asiya Mədəniyyət Şurasının 4-cü iclasına ünvanladığı müraciət həm siyasi, həm də ideoloji baxımdan çox mühüm mesajlar daşıyır" , - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Prezidentin çıxışında vurğulanan əsas fikir ondan ibarətdir ki, Azərbaycan minilliklər boyu müxtəlif sivilizasiyaların kəsişdiyi, mədəniyyətlərin toqquşmadığı, əksinə, qovuşduğu bir məkan olub. Bu, sadəcə coğrafi mövqe deyil, tarixi reallıqdır. Azərbaycan tarixən Şərqlə Qərbin, İslamla Xristianlığın, Türk dünyası ilə Avropa sivilizasiyasının kəsişdiyi bir nöqtədə yerləşib. Bu məkanda dinlər bir-birini inkar etməyib, əksinə, bir-birini tamamlayıb. Prezidentin "multikulturalizm və tolerantlıq dövlət siyasətimizin əsas istiqamətlərindəndir" fikri təsadüfi deyil. Çünki bu siyasət təkcə bir ideoloji şüar deyil, Azərbaycan modelinin əsasıdır.

Müasir dövrdə bir çox ölkələr etnik və dini parçalanmalarla üzləşərkən, Azərbaycan müxtəliflik üzərində birliyi qurmağı bacarıb. Bu, dövlətin deyil, həm də cəmiyyətin düşüncə kodundan gələn bir dəyərdir. Təsadüfi deyil ki, Azərbaycanda yüzlərlə dini icma sülh və qarşılıqlı hörmət içində fəaliyyət göstərir. Bakıdakı sinaqoqlar, kilsələr və məscidlər bir yerdə dayanırsa, bu, sadəcə dini tolerantlıq deyil, mədəni sintez nümunəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu dəyərlərin qorunması sadəcə keçmişin yadigarı deyil, gələcəyin zəmanətidir.

Azərbaycanın bu mövqeyi həm də regionda sabitliyin təminatına çevrilib. Çünki multikultural mühit güclü dövlətçilik üçün sosial harmoniya yaradır. Dövlətin mədəni diplomatiyası, xüsusilə də Bakı Prosesi kimi təşəbbüslər bu siyasətin beynəlxalq platformalarda tanıdılmasına xidmət edir. İlham Əliyev təkcə daxili siyasətdə deyil, qlobal müstəvidə də mədəniyyətlərarası dialoqun təbliğatçısı kimi çıxış edir. Bu, Azərbaycanın yumşaq güc strategiyasının mühüm komponentidir.

Bütün bunlar göstərir ki, Azərbaycanın multikulturalizm siyasəti təsadüfi seçilmiş istiqamət deyil, dərin tarixi və sivilizasion təməllərə söykənən bir dövlət fəlsəfəsidir. Prezidentin müraciətindəki hər fikir həm milli kimliyi qorumağa, həm də dünyaya açılmağa yönəlib. Məhz buna görə də Azərbaycan bu gün təkcə enerji və geosiyasi layihələrin deyil, mədəni inteqrasiyanın da mərkəzinə çevrilib".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1228   Tarix: 17 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin məsələsi üzrə müvafiq orqanlarla davamlı olaraq əlaqə saxlayır. Bu barədə Ermənistan mediasına istinadən xəbər verir. "Onların razılığını aldıqda

14 oktyabr
.

Türkiyə Ermənistanda keçiriləcək tədbirə qatılacaq

"BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Türkiyənin nazirlər səviyyəsində iştirak edəcəyi məlumdur. Lakin Azərbaycanın bu tədbirə qatılıb-qatılmayacağı barədə rəsmi təsdiqini tapmış hər hansı bir məlumat hələ ki, mövcud deyil". -ın Ermənista

15 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr
.

Azərbaycan Prezidenti Qətər əmiri ilə görüşüb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

15 oktyabr