Ardıcıl baş verən üç dəhşətli hadisədən sonra rayon sakinləri ayağa qalxdı

Ardıcıl baş verən üç dəhşətli hadisədən sonra rayon sakinləri ayağa qalxdıZonguldak vilayətinin Çaycuma rayonunda baş verən ardıcıl üç hadisə bölgəni gündəmə gətirib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qısa müddət ərzində üç fərqli kənddə yaşanan hadisələr ictimaiyyətdə böyük səs-küy yaradıb.

İlk hadisə rayonun Ahatlı kəndində baş verib. 16 yaşlı B.T. qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Müayinə zamanı onun doğum sancısı çəkdiyi müəyyən olunub. Doğuma alınan azyaşlının körpəsinin ana bətnində öldüyü müəyyənləşib. B.T. xəstəxanada müalicə altına alınıb. Rayon prokurorluğu hadisə ilə bağlı araşdırma başladıb. Qızın şikayətçi olmadığı, körpənin atasının müəyyənləşdirildiyi və onun ifadəsinin alınacağı bildirilib.

İkinci hadisə Koramanlar kəndində baş verib. Kənd sakinləri heyvanlarını otardığı zaman təxminən 4 metr dərinlikdəki su quyusunun içərisində meyit görərək dərhal jandarmaya xəbər veriblər. Əraziyə gələn hüquq-mühafizə orqanları quyunun ətrafını təhlükəsizlik lentilə bağlayıb və araşdırmalara başlayıblar. Meyitin gənc bir qıza aid olduğu müəyyən edilib. İlkin məlumatlara görə, cansız bədənin Kızılbel kəndində 5 gündür axtarılan H.A.-ya aid olduğu ehtimal edilir.

Üçüncü və ən son hadisə isə Kızılbel kəndində qeydə alınıb. 71 yaşlı Hüseyn Derin, eyni evdə yaşadığı keçmiş gəlini Gönül Karakökü ov tüfəngi ilə vuraraq öldürüb. Cinayətdən sonra Hüseyn Derinin bərbərə gedərək saçını kəsdirdiyi, daha sonra isə yoldan keçən jandarma qrupuna könüllü şəkildə təslim olduğu bildirilib.

Qısa zaman ərzində qonşu üç kənddə baş verən bu hadisələr Çaycuma rayonunda dərin təlaş və narahatlıq yaradıb. Hadisələrlə bağlı istintaq davam edir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 847   Tarix: 20 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda ağır qəza - 4 ölü - Yenilənib

Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind

7 oktyabr
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən

3 oktyabr
.

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb

10 oktyabr
.

Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video

Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil

11 oktyabr
.

İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat

Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta

3 oktyabr
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ! Qəzadan sağ çıxdı, maşından düşəndə TOK VURUB ÖLDÜRDÜ

Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, Bolsulu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib

11 oktyabr
.

Yeniyetmə oğlan infarktdan öldü

Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı

1 oktyabr
.

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı

Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu

29 sentyabr
.

Gəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu

Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi

11 oktyabr