İki ölkə münasibətlərinin inkişafında mühüm rola malik siyasi dialoq
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində "Kazinform" İnformasiya Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər iki ölkə münasibətlərinin yüksək səviyyəsini nümayiş etdirir.
Prezidentlər İlham Əliyevin və Kasım-Jomart Tokayevin birgə səyləri ilə qardaş ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq daha da genişlənib. Qarşılıqlı hörmət və etimad prinsipləri əsasında yüksələn xətlə inkişaf edən münasibətlər xalqlarımızın rifahına xidmət göstərir. Qardaş Qazaxıstan tərəfindən Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisi xalqlarımızın və ölkələrimizin dostluq münasibətlərinin əyani təzahürüdür.
Dövlət başçıları arasında aparılan fəal siyasi dialoq Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında xüsusi rola malikdir. Yüksəksəviyyəli təmaslar, aparılan danışıqlar zamanı verilən qərarlar və onların uğurlu icrası münasibətlərin dinamik inkişafını təmin edir. Bu xüsusda, Azərbaycan Prezidentinin Qazaxıstana nəzərdə tutulan dövlət səfəri əməkdaşlığın hərtərəfli inkişafının növbəti mərhələyə yüksəlməsi üçün yeni imkanlar açacaq.
Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan-Qazaxıstan əlaqələrinin dinamik inkişafı regional sabitliyin təmin olunması və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu illər ərzində ölkələrimiz arasında münasibətlərin möhkəm hüquqi bazası formalaşdırılıb. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə ölkələrimizin əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub. Ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.
Azərbaycan və Qazaxıstanın çoxtərəfli platformalarda da uğurlu əməkdaşlıq etdiklərini söyləyən komitə sədri diqqətə çatdırıb ki, ölkələrimiz Türk Dövlətləri Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində də ortaq mövqelərini ardıcıl şəkildə müdafiə edir, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, mədəni inteqrasiya sahələrində bir-birinə dəstək göstərir. Bu əməkdaşlıq həm ikitərəfli münasibətləri gücləndirir, həm də regionda yeni geosiyasi və iqtisadi sinerji yaradır.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video