"Bizim əlaqələrimiz türk dünyasının birliyi və gələcək rifahı üçün strateji yol xəritəsidir" - DEPUTAT

"Bizim əlaqələrimiz türk dünyasının birliyi və gələcək rifahı üçün strateji yol xəritəsidir" - DEPUTAT"Azərbaycan və Qazaxıstan arasında dövlətlərarası münasibətlər hörmət, qarşılıqlı etimad və bərabərlik prinsipləri əsasında uğurla inkişaf edir. Keçən müddət ərzində rəsmi Bakı və Astana siyasi, iqtisadi, hərbi, elmi, humanitar və digər aparıcı sahələri əhatə edən geniş əməkdaşlıq portfeli formalaşdırmağı bacarmışdır. Hər iki ölkə lideri tərəfindən mütəmadi təşkil olunan görüşlər, imzalanan sənədlər və yüksək səviyyəli dialoq tərəfdaşlığımızın sarsılmaz olduğunun göstəricisidir. Eyni zamanda, cənab Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Asim-Jomart Tokayev arasındakı səmimi münasibət iki qardaş ölkənin strateji yaxınlaşmasını şərtləndirir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

O, açıqlamasında qeyd edib ki, cənab Prezident İlham Əliyevin Qazaxıstanın "Kazimform" agentliyinə verdiyi müsahibə və səsləndirdiyi fikirlər münasibətlərimizin inkişaf perspektivləri haqqında aydın fikir formalaşdırır:

"Ölkə rəhbərinin qeyd etdiyi kimi, ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub.
Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu il Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin bağlanmasından 20 il ötür. Eyni zamanda Qazaxıstan Prezidentinin keçən il ölkəmizə rəsmi səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şura iki ölkə arasında münasibətləri daha da inkişaf etdirir. Bununla yanaşı ölkələrimiz regional və beynəlxalq əhəmiyyətli platformalarda, BMT, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, Türk Dövlətləri Təşkilatı kimi sıx əməkdaşlıq edirlər.
Bununla yanaşı, Azərbaycan və Qazaxıstan iqtisadi sahədə bir-birini tamamlayan iki mühüm tərdaşdır. Tərəflər enerji, nəqliyyat-logistika, və digər ticari istiqamətlər üzrə müsbət iqtisadi mühit yaradıblar. Bakı-Aktau istiqamətində formalaşan nəqliyyat-logistika maşurtları həm iki ölkənin, həmdə regionun potensialını artırır. Transxəzər Marşurutu bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bakı və Astana mövcud layihələr çərçivəsində Avropa ilə Asiyanı birləşdirən körpü rolunu oynayır. Nəticə etibarilə, Azərbaycan və Qazaxıstan arasındakı qardaşlıq münasibətləri Prezident İlham Əliyev və Prezident Kasım - Jomart Tokayevin uzaqgörən siyasətləri nəticəsində gələcəyə doğru inamla irəliləyir. Bizim əlaqələrimiz türk dünyasının birliyi və gələcək rifahı üçün strateji yol xəritəsidir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1422   Tarix: 21 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin məsələsi üzrə müvafiq orqanlarla davamlı olaraq əlaqə saxlayır. Bu barədə Ermənistan mediasına istinadən xəbər verir. "Onların razılığını aldıqda

14 oktyabr
.

Türkiyə Ermənistanda keçiriləcək tədbirə qatılacaq

"BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Türkiyənin nazirlər səviyyəsində iştirak edəcəyi məlumdur. Lakin Azərbaycanın bu tədbirə qatılıb-qatılmayacağı barədə rəsmi təsdiqini tapmış hər hansı bir məlumat hələ ki, mövcud deyil". -ın Ermənista

15 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr
.

Azərbaycan Prezidenti Qətər əmiri ilə görüşüb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

15 oktyabr