Avtobus sürücüsünü daşla öldürdülər

Avtobus sürücüsünü daşla öldürdülərİtaliya 2-ci Basketbol Liqasının (Serie A2) altıncı turunda keçirilən Sebastiani Rieti – Pistoia qarşılaşması qonaq komandanın 88-73 hesablı qələbəsi ilə başa çatıb. Lakin görüşdən sonra baş verən faciəvi hadisə qələbənin önünə keçərək ölkə idman gündəmini sarsıdıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Rieti şəhərində baş tutan oyunun ardından evə dönmək üçün avtobusa minən Pistoia tərəfdarları, şəhər çıxışında ev sahibi komandanın radikal azarkeşlərinin daşlı hücumuna məruz qalıb. Məlumata görə, polis müşayiəti ilə yola çıxan avtobus, Rieti sərhədini keçdikdən az sonra daş yağışına tutulub.

Hücum zamanı atılan daşlardan biri avtobusun şüşəsini qıraraq ikinci sürücüyə dəyib. Ağır xəsarət alan sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Faciədən sonra Pistoia Basket klubu rəsmi saytında yayımladığı bəyanatla hadisəni kəskin şəkildə qınayıb və həyatını itirən sürücünün ailəsinə başsağlığı verib.

İtaliya Baş naziri Giorgia Meloni də sosial media hesabında paylaşım edərək böyük kədər keçirdiyini bildirib:

"Bu dəhşətli xəbər qarşısında sözlər yetərsizdir. Pistoia Basket azarkeşlərinin avtobusuna edilən hücum və sürücünün həyatını itirməsi qəbuledilməzdir. Bu, vəhşi zorakılıq aktıdır. Qurbanın ailəsinə başsağlığı verirəm. Hücumun məsul şəxslərinin müəyyən olunacağına və ədalətin təmin ediləcəyinə inanıram".

İtaliya hüquq-mühafizə orqanları hadisənin təşkilatçılarını müəyyən etmək üçün genişmiqyaslı istintaqa başlayıb. Hücumun təşkil olunmuş fanat qrupu tərəfindən həyata keçirildiyi iddia olunur. İdman ictimaiyyəti isə bu vəhşiliyə sərt reaksiya verib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1061   Tarix: 21 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda ağır qəza - 4 ölü - Yenilənib

Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind

7 oktyabr
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən

3 oktyabr
.

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb

10 oktyabr
.

Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video

Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil

11 oktyabr
.

İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat

Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta

3 oktyabr
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ! Qəzadan sağ çıxdı, maşından düşəndə TOK VURUB ÖLDÜRDÜ

Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, Bolsulu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib

11 oktyabr
.

Yeniyetmə oğlan infarktdan öldü

Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı

1 oktyabr
.

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı

Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu

29 sentyabr
.

Gəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu

Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi

11 oktyabr