Saxta bilərzikləri əsl qızıllarla dəyişmək istəyərkən yaxalanan qadın "Uşaqlarım var, etməyin" deyə yalvardı - VİDEO
Türkiyənin Aksaray şəhərində qeyri-adi hadisə baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 28 yaşlı K.Ş. adlı qadın, qolundakı saxta bilərzikləri qızıl mağazasında əsl qızıl bilərziklərlə dəyişməyə cəhd edib. Qadın polis tərəfindən hadisə yerində, cinayət başında yaxalanıb.
Hadisə Aksaray şəhərinin mərkəzində yerləşən Qapalı Çarşıda baş verib. Qadın əvvəlcədən qoluna taxdığı 2 ədəd saxta burma bilərziklə zərgərin yanına gələrək, həmin modelin "eynisini almaq istədiyini" deyib. Zərgər ona baxmaq üçün əsl qızıl bilərziklər təqdim edib. Qadın bu fürsətdən istifadə edərək öz qolundakı saxta bilərzikləri çıxarıb, onların yerinə zərgərin verdiyi əsl qızılları taxıb.
Lakin diqqətli zərgər vəziyyəti hiss edərək, sakit şəkildə obyektdəki təcili xəbərdarlıq düyməsinə basıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub və qadın saxta bilərziklərlə birlikdə cinayət başında tutulub.
Bu anlarda zərgərlikdə təsadüfən olan və özünü vəkil kimi təqdim edən bir şəxs, polisə müraciət edərək,
"Onun tutularaq həbsdə mühakimə olunması üçün əlimdən gələni edəcəyəm," – deyib.
Qadın isə gözyaşları içində,
"Uşaqlarım var, abi etmə, xəstə uşağım var, qurban olum etmə," – deyə yalvarıb.
Polis qadını saxlayaraq bölməyə aparıb. Zərgər öz qızıl bilərziklərini geri alıb, saxta bilərzikləri isə polisə təhvil verib.
Hadisə ilə bağlı Aksaray Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 758 Tarix: 22 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tısbağanı ayağı ilə əzib öldürən qadın saxlanıldı - VİDEO
Türkiyənin Zonguldak vilayətinin Ereğli rayonunda tısbağanı ayağındakı çəkmə ilə əzərək öldürdüyü görüntüləri sosial şəbəkələrdə yayılan Arzu S. (37) saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, sosial mediada yayılan görüntülərdə qadının evin içərisində tısbağanı təpiklərlə vurduğu və ayağındak
26 avqustXəstəxananın bağçasında 2 gün yatan yeniyetmə vəfat edib - VİDEO
İstanbulun Esenyurt rayonunda yolu keçmək istəyərkən motosikletin vurduğu Suriya vətəndaşı Beşşar Al Tawıl qəza nəticəsində yaralanıb. Xəstəxanada ilkin müalicədən sonra evə buraxılan şəxsi yaxınları iki gün sonra xəstəxananın həyətində huşsuz vəziyyətdə tapıb. Başqa xəstəxanaya yerləşdirilən Al Tawı
19 avqustTövlədə heyvanları yemləyərkən öldü
Bərdə sakini bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 10 radələrində 1972-ci il təvəllüdlü Həsənov Mahir Həsən oğlu Mollalı kəndində yerləşən özünə məxsus fermada elektrik cərəyanının vurması nəticəsində ölüb. Belə ki, o, hadisə vaxtı iribuynuzlu heyvanlar saxlanıla
21 avqustGeyindiyi köynəyə görə döyüldü - VİDEO
Braziliyada universitetə nasist təşkilatı Waffen-SS-in kəllə (Totenkopf) emblemi olan köynəklə gələn tələbə digər tələbələrin reaksiyası ilə qarşılaşıb. xarici mediaya istinadla xəbər verir ki, nasist simvolunu görən çoxsaylı tələbə qrupu ilə həmin şəxs arasında başlayan mübahisə qısa müddətdə davay
28 avqustToyda öldürülən İlkinin qatilinə bu cəza verildi
Ağdaşda keçirilən toy mərasimi zamanı 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb. -ın əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim qarşısına təqsirləndirilən şəxs qismində 1970-ci il təvəllüdlü Qadir Məmmədo
16 avqustMənzilə girib qutuları oğurladılar, içindən görün nə çıxdı - VİDEO
Türkiyənin Eskişehir şəhərinin Odunpazarı rayonunda kaskalı 3 şübhəli mənzilin qapısını sındıraraq içəri daxil olub və içərisində narkotik həblərin olduğu 3 böyük qutunu oğurlayaraq motosikletlə hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə gecə saatlarında Böyükdərə məhəlləsi
21 avqustİdman zalında qadına şiddət göstərən şəxs sərbəst buraxıldı - VİDEO
Mersin’in Yenişehir ilçəsində idman zalında baş verən şiddət hadisəsi təhlükəsizlik kameralarına əks olunub. Mübahisə etdiyi qadının boğazını sıxan şəxs, zaldakı başqa bir qadının müdaxiləsi nəticəsində uzaqlaşdırılıb. Hadisədən sonra saxlanılan şübhəli məhkəmə tərəfindən məhkəmə nəzarəti şərti ilə sərbəs
27 avqustNiderlandda yaşayan türk qadının başına gələnlər şok etdi! - VİDEO
Niderlandda yaşayan türk qadın iş yerində ukraynalı həmkarı tərəfindən irqçi ifadələrə məruz qaldığını və şirkət rəhbərliyinin hadisəyə laqeyd yanaşdığını sosial media hesabında paylaşıb. Zərərçəkən əməkdaş İnsan Resursları (HR) departamentinin səhlənkarlığı səbəbindən sübutların yoxa çıxdığını və hadisəni
28 avqust