"Qubadlının azadlığı təkcə bir şəhərin deyil, bütövlükdə Zəngəzur istiqamətinin açarı idi" - DEPUTAT

"Qubadlının azadlığı təkcə bir şəhərin deyil, bütövlükdə Zəngəzur istiqamətinin açarı idi" - DEPUTAT"25 oktyabr tarixi Azərbaycan xalqının yaddaşında əbədi qürur, iftixar və zəfər səhifəsi kimi yer alır. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri və onun ətraf kəndləri düşmən işğalından azad edildi. Bu qələbə təkcə hərbi uğur deyil, eyni zamanda xalqımızın milli iradəsinin, birliyinin və sarsılmaz əzminin təcəssümü idi.
Prezident İlham Əliyev Qubadlı əməliyyatının strateji əhəmiyyətini vurğulayaraq bildirmişdir:
"Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu".
Ermənistan və Dağlıq Qarabağla sərhəddə yerləşən Qubadlı 1988-ci ildən başlayaraq düşmən təcavüzünə məruz qalmış və 1993-cü ilin avqustunda tamamilə işğal olunmuşdur. Azərbaycan xalqı həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Qubadlı uğrunda böyük qəhrəmanlıq və fədakarlıq göstərmişdir. Bu torpaq uğrunda canını fəda etmiş qəhrəmanların müqəddəs xatirəsi daim ehtiramla yad olunur, onların şücaəti xalq yaddaşında əbədi yaşayır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Mahir Süleymanlı danışıb.

O, açıqlamasında qeyd edib ki, Qubadlı işğaldan azad olunduqdan sonra burada həyat yenidən canlanır: ilk "ağıllı kənd" layihəsi həyata keçirilir, "Qubadlı" yarımstansiyası və müasir avtomobil yolları tikilib istifadəyə verilir:

"Dövlət başçısının xüsusi diqqət və nəzarəti ilə şəhərdə müasir infrastruktur yaradılır, sosial obyektlər inşa olunur, yeni yaşayış məhəllələri salınır.
Bütün bu layihələr bölgənin sosial-iqtisadi inkişafını təmin etməklə Qubadlını Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzinə çevirir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qubadlıya dəfələrlə səfər edərək şəxsən bərpa və quruculuq işlərini izləyiblər. Qubadlı–Laçın və Qubadlı–Zəngilan magistral yolları regionun iqtisadi və sosial canlanmasında mühüm rol oynayır. Qubadlının azadlığı təkcə bir şəhərin deyil, bütövlükdə Zəngəzur istiqamətinin açarı idi. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, 25 oktyabr "Qubadlı şəhəri günü" kimi qeyd olunur. Bu qərar Qubadlının azadlığına, bərpasına və dirçəlişinə verilən yüksək dövlət dəyərinin bariz ifadəsidir. Qubadlı bu gün Zəngəzur dəhlizinin mühüm qovşağında yerləşməklə Azərbaycanın iqtisadi, logistik və strateji gücünün mərkəzinə çevrilməkdədir.
Nazirlər Kabinetinin 2025-ci il 9 sentyabr tarixli Qərarı ilə təsdiqlənmiş "Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan" bu qədim diyarın müasir, dayanıqlı və yaşıl şəhər modeli kimi formalaşmasına möhkəm əsas yaradır.
Hər il Qubadlı şəhəri günü münasibətilə keçirilən tədbirlər, sərgilər və anım mərasimləri şəhərin zəngin tarixini gənc nəslə çatdırmaqla yanaşı, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanların xatirəsini əziz tutur. Bu gün Qubadlı – azad, müasir və yenidən doğulan bir şəhər kimi Azərbaycanın qüdrətini, xalqımızın milli birliyini və qələbə əzmini təcəssüm etdirir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1032   Tarix: 24 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021