"Buzdağı" MMC adi suyu "filtrli" adı ilə müştərilərə satır?

"Buzdağı" MMC adi suyu "filtrli" adı ilə müştərilərə satır?"Buzdağı" MMC-nin su istehsalında biabırçılıq – Krant suyunu "filtrli içməli su" adı ilə vətəndaşa satırlar

Məlumata görə "Buzdağı" MMC adlı su istehsalı şirkətinin fəaliyyətində gigiyenik qaydalara əməl olunmaması və istehlakçılara keyfiyyətsiz su satılması barədə yeni qalmaqallı məlumatlar yayılıb. Redaksiyamıza müraciət edən vətəndaşın təqdim etdiyi video oktyabr ayında qeydə alınıb və görüntülərdə şirkətin çirkli, antisanitar şəraitdə su doldurduğu açıq şəkildə görünür.

Filtrasiya prosesinə əməl olunmadığı iddia edilən müəssisədə su bidonlara plastik şlanq vasitəsilə doldurulur. Mütəxəssislərin fikrincə, bu cür filtr olunmamış su insan sağlamlığı üçün təhlükəlidir və mədə-bağırsaq, böyrək, həmçinin bakterial xəstəliklərin yaranmasına səbəb ola bilər.

Etibarlı mənbədən aldığımız məlumata görə, şirkətin filtr aparatları artıq 4 aydan çoxdur ki, işləmir. Bu müddət ərzində isə fürsətdən istifadə edən "Buzdağı" MMC vətəndaşlara sadəcə krant suyunu "içməli su" adı ilə satmaqda davam edib. Daha da narahatedici məqam isə ondan ibarətdir ki, su ana boru xəttindən qanunsuz şəkildə əldə olunur.

Bu, təkcə istehlakçı hüquqlarının kobud şəkildə pozulması deyil, həm də dövlətə məxsus su ehtiyatlarının qanunsuz mənimsənilməsi anlamına gəlir. Artıq bu məsələni "Azərsu" ASC-nin araşdırması zəruridir.

İddialara əsasən, həmin antisanitar depodan yalnız "Buzdağı" MMC deyil, həm də digər markalar – "Damacan", "Dağ suyu", "Sərin bulaq su", "Mono su", "Dağ sarayı", "Tamlı su", "Can su", "Qarabulaq su", "Zərif su", "Ağ su", "Mutlu su", "Aqua Port", "Buzlaq su", "Qeysəri", "Saf su" və "Bəy bulağı" kimi şirkətlərin də məhsullarının doldurulduğu ehtimal olunur.

Bu markalardan bəziləri ölkənin iri supermarket şəbəkələrində açıq şəkildə satışdadır. Əgər bu faktlar təsdiqini taparsa, deməli, mağaza rəflərinə çıxan "içməli su" əslində krant suyundan başqa bir şey deyil.

Məlumatlara görə, "Buzdağı" MMC daha əvvəl də gigiyenik tələbləri pozduğuna görə cərimə olunub, lakin görünür ki, sahibkar bu cəzadan nəticə çıxarmayıb və vətəndaşların sağlamlığını yenidən təhlükəyə atmaqda davam edir.

Araşdırmalarımız nəticəsində məlum olub ki, "Buzdağı" markası Türkiyədə məşhur iş adamı Mahmut Kösemusul-a məxsus su istehsalı fabrikinin adıdır. Bu adın Azərbaycanda patentinin olub-olmaması isə hələ də sual altındadır. Görünür ki, azərbaycanlı "sahibkar" başqasına məxsus şirkət adından istifadə edərək, öz vətəndaşlarına bakteriyalı su içirməyi özünə rəva bilir.

"Millisfera.az" xəbər portalı olaraq, məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini (AQTA), "Azərsu" ASC-ni, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini və digər aidiyyəti dövlət qurumlarını bu biabırçılığı təcili araşdırmağa və vətəndaşların sağlamlığını ciddiyə almağa çağırırıq.

Əgər bu iddialar təsdiqlənərsə, bu, təkcə məsuliyyətsizlik deyil – xalqın suyundan mənfəət qazanan, saxtakarlıqla ört-basdır edilən təhlükəli biznes modelidir.

Yayılan görüntülər AQTA tərəfindən nəzarətə götürülüb. Məsələ tərəfimizdən araşdırılaraq, qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq deyə məlumatda bildirilir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 616   Tarix: 25 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021