Sərxoş sürücü vəsiqə istəyən polisə təpik atdı - VİDEO

Sərxoş sürücü vəsiqə istəyən polisə təpik atdı - VİDEOAksarayda maddi ziyanla nəticələnən yol qəzasından sonra hadisə yerindən qaçan sərxoş sürücü və onun iki yaxın qohumu polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaqla gündəmə gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Kılıçaslan məhəlləsində, Kurtuluş dairəsi yaxınlığında saat 20:30 radələrində baş verib.

İdarə etdiyi yüngül kommersiya avtomobili ilə 40 DL 670 dövlət nömrə nişanlı minik maşınına arxadan çırpılan Serkan S. avtomobildən düşərək hadisə yerindən uzaqlaşıb. Şahidlərin məlumatı əsasında polis əməkdaşları hadisə yerinə cəlb olunub.

Bir müddət sonra sürücü Serkan S. və onun yaxınları – Sait S. və Rahmi S. hadisə yerinə qayıdıb. Polis əməkdaşları onların sənədlərini təqdim etməsini tələb etsə də, qarşı tərəf buna müqavimət göstərib. Bu zaman Sait S., ərazidə olan Təhlükəsizliyin Təşkili və Nəzarəti Şöbəsinin rəisi Gürsoy Yalvaça təpiklə hücum edib.

Polis əməkdaşları vəziyyəti nəzarətə almaq üçün bibər qazından istifadə edərək üç nəfəri zərərsizləşdirib və onları saxlayıb. Sürücü Serkan S.-nin keçirilən tibbi yoxlamasında onun 2,60 promil alkoqollu olduğu müəyyən edilib.

Təpiklə hücuma məruz qalan şöbə rəisi Gürsoy Yalvaç xəstəxanada müalicə olunub. Hadisə ilə bağlı araşdırma davam edir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 753   Tarix: 30 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb

10 oktyabr
.

Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video

Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış

9 oktyabr
.

Burulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO

Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların

29 sentyabr
.

Yeniyetmə oğlan infarktdan öldü

Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı

1 oktyabr
.

14 yaşlı qız dəm qazından öldü

Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm

12 oktyabr
.

Gəncəyə dördüncü raket hücumundan altı il ötür

10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti

11 oktyabr
.

Stres oyuncağı partladı: 11 yaşlı uşağın ayağında ikinci dərəcəli yanıq yarandı - VİDEO

Ankarada imtahan uğuruna görə hədiyyə edilən stres oyuncağı 11 yaşlı Furkan Seçkinin əlində partlayıb. xarici mediaya istinadla xəbər verir ki, oyuncağın içindəki gelin uşağın dərisinə təmas etməsi nəticəsində ayağında ikinci dərəcəli yanıq və qızartı yaranıb. Hadisədən sonra xəstəxanaya aparılan Furkanı

29 sentyabr
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən

3 oktyabr
.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video

Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx

4 oktyabr