Kişi həyat yoldaşını bıçaqlayaraq qətlə yetirdi
Türkiyədə qadınlara qarşı zorakılıq və qadın qətlləri artmaqda davam edir. Son faciəvi hadisə Kocaelinin Körfez rayonunda baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 48 yaşlı Ramazan Gökmen hələlik müəyyən edilməmiş səbəbdən həyat yoldaşı 46 yaşlı Binnur Gökmen ilə mübahisə edib.
Mübahisə zamanı kişi evin qonaq otağında arvadını dəfələrlə bıçaqlayıb, daha sonra isə eyni bıçaqla özünə xəsarət yetirib.
Hadisə səsini eşidən qonşular polisə və təcili tibbi yardıma məlumat veriblər. Əraziyə cəlb olunan hüquq-mühafizə və təcili yardım əməkdaşları Binnur Gökmenin hadisə yerində öldüyünü müəyyən ediblər. Ramazan Gökmen isə ağır yaralı vəziyyətdə Kocaeli Şəhər Xəstəxanasına yerləşdirilib.
Qadının meyiti prokurorun ilkin araşdırmasından sonra morqa aparılıb. Hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Məlumata görə, Ramazan Gökmen inşaat və boyacılıqla məşğul olurmuş. Cütlüyün dörd övladı olduğu bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1062 Tarix: 31 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəkidə 5 nəfəri it dişlədi
Şəkidə biri azyaşlı olmaqla 5 nəfəri küçə iti dişləyib. -ın "Report"a istinadən məlumatına görə, hadisə ötən gün axşam saatlarında Şəkinin Dodu məhəlləsi adlanan ərazisində baş verib. Belə ki, küçə iti 38 yaşlı Taleh Yusifov, 56 yaşlı Mehman Cabbarov, 36 yaşlı Xəyalə Mirzəyeva, 30 yaşlı Nica
3 iyulAğır yol qəzası: eyni ailədən 3 nəfər həlak olub
Türkiyənin Malatya vilayətinin Arguvan rayonunda gecə saatlarında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində eyni ailənin üç üzvü həyatını itirib, bir nəfər isə xəsarət alıb. xarici mediaya istinadla xəbər verir ki, qəza Arguvan rayonunun Morhamam məhəlləsi ərazisində qeydə alınıb. İlkin məlumat
6 iyul"Toyuq niyə bişirməmisən?" dedi, həyat yoldaşını döydü
Sumqayıtda yemək üstündə başlayan ailə mübahisəsi məhkəmə ilə nəticələnib. Həyat yoldaşının hazırladığı yeməyə etiraz edərək "Toyuq niyə bişirməmisən?" deyən kişi mübahisə zamanı qadını döyüb. Qaynarinfo-nun məlumatına görə, məhkəmə araşdırması zamanı müəyyən olunub ki, hadisə gecə saatlarınd
2 iyulAzərbaycanda ZƏLZƏLƏ OLDU
Azərbaycanın İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumatda bildirilib ki, yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 60 km olub
4 iyulÖdənişli yolda ağır qəza - 33 yaşlı qadın öldü - Foto
Bakı-Quba-Rusiya dövlət sərhədi ödənişli avtomobil yolunda ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 33 yaşlı Səma Əliyeva aldığı xəsarətlərdən həlak olub. O, Şəmkir Rayon Mərkəzi Xəstəxanasınd
3 iyul