"Nömrə adından çıxarılır, amma xəbərin yoxdur" - Mobil operatorlardan açıqlama
Son zamanlar mobil operatorlarla bağlı şikayətlərin sayı artıb. Belə şikayətlərdən biri də 6 ay istifadə olunmadığı üçün nömrələrin xəbərdarlıq edilmədən bağlanması və abonentin adından çıxarılmasıdır.
Bu isə istifadəçinin şəxsi həyatına birbaşa müdaxilə kimi qiymətləndirilir. Çünki vətəndaş həmin nömrə ilə sosial şəbəkələrə, bank tətbiqlərinə, müxtəlif onlayn xidmətlərə və "Face ID" tipli proqramlara qeydiyyatdan keçir. Nömrə sahibinin adından çıxarılsa belə, həmin xidmətlərdə aktiv qalır və bu vəziyyət ciddi təhlükə yaradır.
Baku TV mövzu ilə əlaqədar paytaxt sakinləri arasında sorğu keçirib. Vətəndaşlar sözügedən problemlə bağlı narazılıqlarını bildiriblər.
"Mənim şəxsi məlumatımı başqası niyə görməlidir?! Əvvəlcədən SMS vasitəsilə xəbər verilməlidir ki, tədbir görmək mümkün olsun", - deyə sakin söyləyib.
Məsələyə bir neçə mobil operator tərəfindən münasibət bildirilib.
Qeyd edilib ki, cihazın özündə yerləşən istifadəçi hesablarının idarə olunması, təhlükəsizlik parametrləri və saxlanılması operatorun məsuliyyətinə daxil deyil. Tətbiqlərdən istifadə zamanı yaranan risklər və hesab təhlükəsizliyi ilə bağlı məsələlərə görə istifadəçilər müvafiq platformaların proqram təminatçılarına müraciət etməlidirlər.
Digər bir mobil operatordan isə deyilib ki, mobil rabitə xidmətlərinin göstərilməsi ilə bağlı şirkət və abunəçi ilə bağlanan müqavilə şərtlərinə fakturasız xətt sistemində olan nömrələrdə abunəçi 180 gün ərzində ödəniş etmədiyi və ya müvafiq tarif üçün xidmət haqqı ödənilmədiyi təqdirdə, nömrə müddəti bitmiş nömrə statusuna keçir və ikitərəfli bağlanır. Bu tarixdən etibarən, növbəti 90 gün ərzində sözügedən nömrə son rəsmi sahibi adına bərpa edilməzsə, yenidən satışa çıxarıla bilər. Ödəniş edilmədiyi təqdirdə nömrənin xəttinin bağlanacağı haqqında abunəçilər tərəfimizdən bir neçə dəfə məlumatlandırılır.(oxu.az)
Daha ətraflı videomaterialda:
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 671 Tarix: 01 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabrQaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış
9 oktyabrBurulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO
Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların
29 sentyabrYeniyetmə oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı
1 oktyabr14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən
3 oktyabrBakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
4 oktyabr