Kafe mübahisəsi qətllə nəticələndi: 20 yaşlı gənc qız bıçaqlanaraq öldürüldü
İstanbulun Bağcılar rayonunda kafe daxilində baş verən mübahisə faciə ilə nəticələnib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 20 yaşlı Havin Taşçı, sifarişini bəyənmədiyi üçün mübahisə etdiyi keçmiş iş yoldaşı Şeymanur Ş. tərəfindən ürəyindən bıçaqlanaraq qətlə yetirilib.
Hadisə gecə saat 04:20 radələrində Sancaktepe məhəlləsində yerləşən kafelərdən birində baş verib. Bir müddət əvvəl həmin iş yerindən ayrılan Havin Taşçı, kafeni ziyarət edərək masa arxasında əyləşib və orada çalışan keçmiş iş yoldaşı 19 yaşlı Şeymanur Ş.-dən sifariş verib. Lakin gələn sifarişi bəyənməyən Taşçı ilə Şeymanur Ş. arasında mübahisə yaranıb.
Mübahisədən sonra kafenı tərk edən Şeymanur Ş. qısa müddət sonra evdən bıçaq götürərək 16 yaşlı bacısı Feyza Ş. ilə birlikdə yenidən kafeyə qayıdıb. Burada tərəflər arasında gərginlik bir daha alovlanıb və dava düşüb. Şeymanur Ş. üzərində gətirdiyi sustalı bıçaqla əvvəlcə Havin Taşçının qarnına, sonra isə ürək nahiyəsinə zərbə endirib.
Ağır yaralanan gənc qız təcili yardımla xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxilələrinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Bağcılar Rayon Polis İdarəsinin əməkdaşları hadisədən sonra Şeymanur Ş. və bacısını saxlayıb. Hadisə yerindən iki ədəd bıçaq maddi sübut kimi götürülüb. Məhkəməyə çıxarılan Şeymanur Ş. həbs edilib, 16 yaşlı bacısı isə sərbəst buraxılıb.
Prokurorluq "qəsdən adam öldürmə" maddəsi ilə istintaqı davam etdirir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 885 Tarix: 03 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Burulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO
Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların
29 sentyabrYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabrQızı ilə çörək almağa gedən ata motosikletin qurbanı oldu - VİDEO
İstanbulun Başakşehir rayonunda 45 yaşlı Mehmet Kartop 12 yaşlı qızı ilə çörək almağa gedərkən motosikletin vurması nəticəsində yaralanıb. Hadisə anı təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, sürətlə hərəkət edən və nömrəsi müəyyənləşdirilməyən motosiklet Kartopa çırpıldıqda
29 sentyabrMoskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik
3 oktyabrBeyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay
9 oktyabrOtağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 1
11 oktyabr