Futbolçuların soyunma otağında tapılan güllə böyük rezonans doğurdu
Şanlıurfa Spor ilə Beyoğlu Yeni Çarşı arasında keçirilən 2-ci Liqa, Ağ Qrupun 11-ci tur matçı öncəsi yaşanan hadisə Türk futbol gündəmini sarsıdıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, səhər saatlarında 11 Nisan Stadionunda aparılan rutin yoxlama zamanı qonaq komandanın soyunma otağında stulun üzərində bir güllə aşkarlanıb.
Hadisə dərhal komandanın rəsmiləri tərəfindən oyun nümayəndəsinə və polisə bildirilib. Beyoğlu Yeni Çarşı klubunun idari meneceri Alperen Karakaya məsələ ilə bağlı şahid qismində ifadə verib.
Hadisədən sonra stadion müdiri polisə verdiyi ifadəsində:
"Əvvəlki matçdan qalan güllədir. Mən ora qoymuşdum, təmizləmək yaddan çıxıb," – deyə bildirib.
Bu açıqlama futbol ictimaiyyətində sərt reaksiyalara səbəb olub. Sosial şəbəkələrdə minlərlə azarkeş hadisəni tənqid edərək "Bu qədərinə də inanmaq olmur!" sözləri ilə etirazlarını ifadə edib.
Soyunma otağında güllə tapılması, futbol sahəsində təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Bir çox idman şərhçisi bu hadisəni "Türk futbol tarixinə düşən qara ləkə" kimi qiymətləndirib.
Son dövrlərdə hakim qalmaqalları və meydan içi gərginliklərlə diqqət çəkən Türk futbolu, bu hadisə ilə növbəti dəfə sarsılmış oldu.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 721 Tarix: 03 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Burulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO
Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların
29 sentyabrYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabrQızı ilə çörək almağa gedən ata motosikletin qurbanı oldu - VİDEO
İstanbulun Başakşehir rayonunda 45 yaşlı Mehmet Kartop 12 yaşlı qızı ilə çörək almağa gedərkən motosikletin vurması nəticəsində yaralanıb. Hadisə anı təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, sürətlə hərəkət edən və nömrəsi müəyyənləşdirilməyən motosiklet Kartopa çırpıldıqda
29 sentyabrMoskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik
3 oktyabrBeyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay
9 oktyabrOtağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 1
11 oktyabr