Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərə gəlib
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif noyabrın 7-də Azərbaycana səfərə gəlib.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
11:15
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif 7-8 noyabrda Azərbaycanda rəsmi səfərdə olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycana səfəri zamanı Şahbaz Şərif Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirak edəcək.
"Səfər zamanı baş nazir Zəfər Günü münasibəti ilə rəsmi mərasimlərdə iştirak edəcək və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Danışıqlarda əsas diqqət ikitərəfli münasibətlərin bütün spektrinin müzakirəsinə və ticarət, investisiya, enerji, müdafiə, təhsil və regional əməkdaşlıq daxil olmaqla müxtəlif sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi üçün yeni istiqamətlərin müəyyən edilməsinə yönələcək", - Pakistan XİN-in məlumatında bildirilir.

Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 717 Tarix: 07 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rusiya Federasiyası hökuməti sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüş əsnasında Rusiya tərəfi regionda mürəkkəb və gərgin şərait fonunda Rusiya vətəndaşlarını
2 martPrezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Memorialın önünə əklil qoyub. Prezidentin köməkçisi Ana
26 fevralBakı-Naxçıvan-Bakı avtobus reysləri DAYANDIRILDI
Bakı-Naxçıvan-Bakı avtobus reysləri İran-İsrail münaqişəsinin qızışması fonunda müvəqqəti dayandırılıb. Bu barədə -ın sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Açıqlamada qeyd olunub ki, reysin bərpa müddəti hələ bilinmir, məsələy
28 fevralPrezident ailəsi ilə onlara qonaq getdi - Fotolar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısına və birinci xanıma şəhərdə görülmüş işlər barədə məlumat verildi. Qeyd edə
25 fevralMehriban Əliyevaya daha bir vəzifə verildi - FƏRMAN
Prezident İlham Əliyev Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Fərmanla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şuras
27 fevral