"Xocalı - bizim tariximizdir, ağrımızdır və eyni zamanda bərpa olunmuş ədalətin simvoludur" - DEPUTAT

"Xocalı - bizim tariximizdir, ağrımızdır və eyni zamanda bərpa olunmuş ədalətin simvoludur" - DEPUTAT"Xocalı faciəsi Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən ağır və ən dəhşətli insanlıq cinayətlərindən biridir. Bu faciə miqyasına və mülki əhaliyə qarşı törədilən vəhşiliyə görə tarixdə Holokost kimi tanınan soyqırımı ilə müqayisə olunur. Çünki Xocalıda insanlar yalnız azərbaycanlı olduqlarına görə - milli və etnik mənsubiyyətlərinə görə qətlə yetirildilər. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə yüzlərlə dinc sakin, qadınlar, uşaqlar və qocalar xüsusi qəddarlıqla öldürüldü, minlərlə insan ağır fiziki və mənəvi işgəncələrə məruz qaldı. Beynəlxalq hüquqa görə bu hadisə BMT-nin 1948-ci il Soyqırımı Konvensiyasında göstərilən bütün meyarlara uyğun gələn açıq soyqırımı cinayətidir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Aydın Hüseynov danışıb.

O, açıqlamasında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə ilk dəfə siyasi və hüquqi qiymət verildi:

"1994-cü ildə Milli Məclis Xocalı hadisələrini rəsmi olaraq soyqırımı kimi tanıdı və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması dövlət siyasətinə çevrildi.

Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə nəticəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2023-cü ildə Xocalı şəhəri tam azad edildi və Prezident İlham Əliyev Xocalıda Azərbaycan bayrağını ucaltdı. Bu, tarixi ədalətin bərpası idi.

Bu gün Xocalı yenidən qurulur, həyat qayıdır. Artıq yüzlərlə ailə doğma torpaqlarına köçürülüb, yeni evlər, infrastruktur və istehsal müəssisələri yaradılır. 2025-ci ildə Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında sərəncamın imzalanması isə faciə qurbanlarının xatirəsinin əbədi yaşadılmasına xidmət edir.

Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası xüsusi rol oynayır. Bu kampaniya artıq onlarla ölkədə milyonlarla insanı məlumatlandıraraq Xocalı soyqırımının tanınmasına ciddi töhfə verib.

Bu gün bizim əsas vəzifəmiz Xocalını yalnız anmaq deyil, həqiqətləri dünyaya çatdırmaq, ədalətin tam bərpasına nail olmaq və gələcək nəsillərin bu faciəni heç vaxt unutmamasını təmin etməkdir.

Xocalı - bizim tariximizdir, ağrımızdır və eyni zamanda bərpa olunmuş ədalətin simvoludur".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 608   Tarix: 26 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini

14 oktyabr
.

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib

Oktyabrın 13-də "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. bununla bağlı AZƏRTAC-a istinadən xəbə

13 oktyabr
.

"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə

Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib. xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist

14 oktyabr
.

Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin məsələsi üzrə müvafiq orqanlarla davamlı olaraq əlaqə saxlayır. Bu barədə Ermənistan mediasına istinadən xəbər verir. "Onların razılığını aldıqda

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

İlham Əliyevin adından Laos prezidentinin şərəfinə rəsmi nahar verilib - Foto

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavin

13 oktyabr
.

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:. "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd

15 oktyabr
.

Azərbaycan Kamboca münasibətləri: tarixi varislik və yeni üfüqlər

Azərbaycanın xarici siyasət strategiyasında Asiya və Cənub-Şərqi Asiya vektoru son illərdə tamamilə yeni, daha dinamik bir mərhələyə qədəm qoyub. Bu kontekstdə, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri və Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzr

13 oktyabr
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr