ABŞ-li sabiq kəşfiyyat zabiti İranda məktəbin vurulmasına sərt reaksiya verib - VİDEO
ABŞ-li sabiq kəşfiyyat zabiti Scott Ritter qatıldığı televiziya proqramında ABŞ və İsrailin İranda məktəbi hədəf almasına sərt reaksiya verib.
Onun sözlərinə görə, ABŞ-İsrail birgə hücumları zamanı İranda iki ibtidai məktəb də vurulub və nəticədə çoxsaylı insan həyatını itirib. Hücum beynəlxalq ictimaiyyətdə ciddi narazılıq doğurub.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, televiziya çıxışı zamanı Ritter əməliyyatın məqsədini anlaya bilmədiyini bildirib. O, "İranda iki ibtidai məktəbi bombaladıq. Tanrı xətrinə, iki ibtidai məktəbi bombalamağımızın səbəbi nədir?" ifadələrini işlədib.
Ritter həmçinin qeyd edib ki, ailələr ABŞ-ın "diplomatik proses davam edir" açıqlamalarına inanaraq övladlarını məktəbə göndəriblər. Onun iddiasına görə, dağıntılar altında çox sayda məktəbli qız uşağı qalıb.
Məsələ ilə bağlı rəsmi Vaşinqton və ya Təl-Əviv tərəfindən hadisənin detalları barədə əlavə açıqlama verilməyib. Hadisə bölgədə onsuz da yüksək olan gərginliyi daha da artırıb və beynəlxalq hüquq, mülki obyektlərin qorunması məsələsini yenidən gündəmə gətirib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 800 Tarix: 02 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyevin adından Laos prezidentinin şərəfinə rəsmi nahar verilib - Foto
Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavin
13 oktyabrİlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür
Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:. "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd
15 oktyabrAzərbaycan Kamboca münasibətləri: tarixi varislik və yeni üfüqlər
Azərbaycanın xarici siyasət strategiyasında Asiya və Cənub-Şərqi Asiya vektoru son illərdə tamamilə yeni, daha dinamik bir mərhələyə qədəm qoyub. Bu kontekstdə, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri və Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzr
13 oktyabrPrezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi
14 oktyabr