Meşəyə odun yığmağa gedən yaşlı cütlüyün meyitləri tapılıb
Denizlinin Pamukkale rayonunda odun toplamaq üçün meşəyə gedən yaşlı cütlükdən iki gün xəbər alınmayıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, onların axtarışına başlayan yaxınları cütlüyü aşan traktorun altında cansız halda tapıb.
Hadisə Güzelpınar məhəlləsində baş verib. Məlumata görə, 62 yaşlı Hasan Çelik və 63 yaşlı həyat yoldaşı Ayşe Çelik, 5 noyabr çərşənbə günü Orman Baş İdarəsi tərəfindən toplanmasına icazə verilmiş budanmış odunları toplamaq üçün meşəlik əraziyə yollanıblar.
Şəhərdə yaşayan övladları iki gün boyunca valideynləri ilə əlaqə yarada bilmədikdə məhəllə muxtarı ilə əlaqə saxlayıb. Muxtar cütlüyün evinə baxış keçirərkən traktorun da evdə olmadığını görüb və digər sakinlərlə birlikdə meşədə axtarış aparmağa başlayıb.
Axtarış zamanı Hasan və Ayşe Çelik aşan traktorun altında hərəkətsiz vəziyyətdə tapılıb və dərhal 112-yə məlumat verilib. Hadisə yerinə gələn təcili yardım qrupları cütlüyün artıq həyatını itirdiyini müəyyən edib.
Jandarma tərəfindən aparılan ilkin araşdırmaya əsasən, traktorun meşə yolundakı yamacı qalxarkən güc itirməsi səbəbindən aşdığı ehtimal olunur.
Cütlüyün cansız bədənləri yanğınsöndürənlər tərəfindən çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza İdarəsinə göndərilib.
Hadisə ilə bağlı istintaq davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 888 Tarix: 07 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri
2 oktyabrİnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabrMəşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
3 oktyabrPakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30 sentyabrYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabrBağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
15 oktyabr