Ceyhun Bayramov və Hakan Fidan telefonla danışdı
11 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidana zəng edib.
Milli.Az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Nazir Ceyhun Bayramov Azərbaycandan Türkiyəyə istiqamətlənən C-130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar başsağlığı diləyib, vəfat edən təyyarə heyəti və hərbçilərə Allahdan rəhmət, doğmalarına səbr arzulayıb.
Qəza ilə bağlı Azərbaycan tərəfinin Türkiyə və Gürcüstanın aidiyyəti dövlət qurumları ilə təmasda olduğu və qəzanın nəticələrinin aradan qaldırılması, axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə hazır olduğu bildirilib.
Hakan Fidan başsağlığına və bu ağır gündə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 554 Tarix: 11 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident və birinci xanım Cəbrayıla səfər etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər. Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım 360 şagird yerlik məktəb binasında və kənddə inşa edilmiş fərdi evlərdə yaradılmı
9 mayBayramov Kallasla görüşdü - Fotolar
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında bildirilib
5 mayİlham Əliyev yeni rektor təyin etdi
Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb
5 mayMeloninin Azərbaycana səfəri başa çatdı
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana işgüzar səfəri mayın 4-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İtaliyanın Nazirlər Şurasını
4 may