Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir

Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirirAzərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri ikitərəfli əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Laos Prezidenti ilə mətbuata açıqlamasında iki dövlətin beynəlxalq təşkilatlar daxilində əməkdaşlığını, qarşılıqlı dəstəyini, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi imkanlarını diqqətə çatdırdı. Dövlətimizin başçısı bildirib ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək. Dövlətimizin başçısı, həmçinin bu gün təkbətək və geniş tərkibdə görüşlərdə bir çox önəmli məsələlərin müzakirə edildiyini vurğulayıb.
Qeyd edilib ki, iki ölkə arasında siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir. "Otuz ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək göstəririk. Bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaq", - deyə dövlətimizin başçısı əlavə edib.
Cənab Prezident iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlığın intensivləşməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini bildirib. Dövlətimizin başçısı, həmçinin bildirib: "Ümid edirəm ki, Bakıda keçiriləcək Azərbaycan-Laos biznes-forumu bu istiqamətdə önəmli addım olacaq".
Vurğulanıb ki, Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlətimizin başçısı deyib ki, milyardlarla dollar səviyyəsində olan sərmayələr bizim həm imkanlarımızı göstərir, eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir.
Bıldirilib ki, Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb. İndi daha çox yüklərin aşkar olunması, yeni ünvanlardan yüklərin səfərbər edilməsi və yüklərin həcminin artırılması ilə məşğul olduğumuzu deyən dövlətimizin başçısı vurğulayıb: "Ümid edirəm ki, gələcəkdə hər iki tərəfdə reallaşan bütün bu layihələr başa çatandan sonra yükdaşımaların da həcmi artacaq".
Laos Prezidentinin Azərbaycana səfəri və Prezident İlham Əliyevin mətbuata açıqlamaları yalnız ikitərəfli münasibətlərin inkişaf perspektivlərini əks etdirmədi, eyni zamanda, Azərbaycanın xarici siyasətinin çoxşaxəli xarakteri, dövlətlərarası əməkdaşlığın imkanları və müasir beynəlxalq münasibətlərin əsas prinsipləri haqqında aydın təsəvvür yaratdı.

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 321   Tarix: 14 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

14 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

Azərbaycan-Kamboca münasibətləri inkişaf yolundadır

Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlər çoxtərəfli beynəlxalq platformalarda sıx tərəfdaşlıq və son dövrlərdə daha da intensivləşən ikitərəfli əməkdaşlıq çərçivəsində ardıcıl inkişaf etməkdədir. İki ölkə arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub. Ötə

13 oktyabr
.

Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy

13 oktyabr
.

İlham Əliyev "Rebuild Garabagh" sərgisinin iştirakçılarına müraciət etdi

Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Garabagh" sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən həmin müraciətin mətnini təqdim edir:. "Sizi 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurm

14 oktyabr
.

İlham Əliyev: "Yeni yaşayış məntəqələrinin və istehsal sahələrinin fəaliyyəti üçün enerji və su təminatı da yaradılır"

"Qarabağ və Şərqi Zəngəzurda qurulan nəqliyyat infrastrukturu yaşayış məntəqələrini bir-biri ilə və ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı"

14 oktyabr
.

23 illik siyasi yol: Güclənən Azərbaycan, bərpa olunan suverenlik

15 oktyabr 2003-cü il Azərbaycan Respublikasının siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. İlham Əliyevin Prezident seçilməsindən ötən 23 il ərzində ölkə iqtisadi, siyasi, hərbi və diplomatik istiqamətlərdə mühüm dəyişikliklər yaşadı. Bu dövrün ən əlamətdar hadisələri sırasında dövlət quruculuğunu

14 oktyabr
.

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib

Oktyabrın 13-də "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. bununla bağlı AZƏRTAC-a istinadən xəbə

13 oktyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək

14 oktyabr