Qadın sərnişin mübahisə etdiyi taksi sürücüsünün başını yardı - VİDEO

Qadın sərnişin mübahisə etdiyi taksi sürücüsünün başını yardı - VİDEOİstanbulun Beyoğlu rayonundan Kartal istiqamətinə gedən taksidə dava baş verib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qadın sərnişin sürücünün yolu qəsdən uzadaraq artıq pul almağa çalışdığını deyib və bu səbəbdən onu döyüb. Hadisə anı avtomobilin daxili kamerası tərəfindən saniyə-saniyə qeydə alınıb.

Məlumata görə, Beyoğlundan taksiyə minən qadın Atalar məhəlləsinə getmək istəyib. O, taksi sürücüsü İbrahim K.-nın qəsdən daha uzaq yol seçdiyini iddia edib. Sürücü isə naviqator vasitəsilə hərəkət etdiyini və Göztepe körpüsündə aparılan yol işlərinə görə alternativ yola yönəldiyini bildirib.

Mənzilə çatdıqdan sonra qadın yol haqqını tam ödəməyib, bu da tərəflər arasında mübahisəyə səbəb olub. Sürücü pulu tam istəyəndə, qadın mobil telefonla onun başına zərbə endirib. Daha sonra qadın polis çağıraraq maşından düşüb, amma sürücü ondan polis gələnə qədər gözləməsini istəyib. Qadın uzaqlaşarkən sürücünün onu telefona çəkdiyini görüb və yenidən onun başına vurub.

Taksidə baş verən mübahisə və zorakılıq anı avtomobilin təhlükəsizlik kamerasına düşüb.

Hadisədən sonra sürücü İbrahim K. açıqlama verərək bildirib:

"Navigasiya ilə hərəkət edirdim, Göztepe körpüsündə yol bağlı idi, yolu dəyişməli oldum. Yol təxminən 1,2 kilometr uzandı. Üstəlik, tətbiqdən çağırış üçün 50 lirə fərq tutulur, körpü keçidi haqqı da borca əlavə olunur."

Sürücü, qadın tərəfindən döyüldüyünü və başından yaralandığını, Kartal Dövlət Xəstəxanasına aparıldığını, başında 3 tikiş vurulduğunu deyib:

"Şahidlərim var. Xəstəxanadan aldığım darp hesabatı ilə polisə müraciət etmişəm və şikayətçi olmuşam."

Hadisə ilə bağlı istintaq davam edir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 773   Tarix: 12 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub

3 oktyabr
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ! Qəzadan sağ çıxdı, maşından düşəndə TOK VURUB ÖLDÜRDÜ

Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, Bolsulu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib

11 oktyabr
.

İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat

Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta

3 oktyabr
.

DİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"

3 oktyabr
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl

4 oktyabr
.

Masazırda mənzildə yanğın oldu - VİDEO

Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl

30 sentyabr
.

Sərxoş halda maşını aşırdı - Arvadı öldü, 12 yaşlı oğlu yaralandı - Yenilənib

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza ötən gecə saat 22 radələrində rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb. Gədəbəy rayon sakini 1989-cu il təvəllüdlü Ələkbərov Şükür Yapon oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil

14 oktyabr
.

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı

3 oktyabr
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən

3 oktyabr