İlham Əliyev ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinə "On İki Həvari Kvorumu"nun üzvü Deyvid Bednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq Fondunun prezidenti və idarə heyətinin sədri Mayls Hansen və Yetmişlər Komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü Pol Pikard daxildirlər.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevlə ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətinin əvvəlki görüşləri məmnunluqla xatırlanıb.
Qonaqlar ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırıblar.
Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyərək, onların regionun inkişafı üçün mühüm rol oynadığını vurğulayıb. Donald Trampın yenidən Prezident seçilməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin yeni mərhələyə keçdiyini bildirən Prezident İlham Əliyev bu ilin avqustunda Vaşinqtona səfəri çərçivəsində ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı mühüm sənədlərin imzalandığını xatırlayıb.
Qonaqlar Azərbaycan hökumətinin Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsini rəsmi qeydiyyata almasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirərək, bu kilsənin Bakı ofisinin açılışında iştirak edəcəklərini deyiblər və bunu ölkəmizdə bütün dinlərin nümayəndələrinə göstərilən qayğının təcəssümü kimi qiymətləndiriblər.
Görüşdə Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərdən söhbət açılıb, bu istiqamətdə ölkəmizdə bir çox mühüm beynəlxalq tədbirin təşkil edildiyi vurğulanıb.
Tolerantlığın xalqımızın həyat tərzi olduğu bildirilib, tarixən ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin bir ailə kimi dinc və sülh şəraitində yaşadığı qeyd edilib.





Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 540 Tarix: 13 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Ukrayna ilə imzalanmış sazişi təsdiqlədi
"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanla sazişin müddəalarının həyata keçirilməs
10 avqustPrezident yeni elektrik avtobuslarına mindi - Fotolar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, Rəqəmsal inkişa
11 avqustCeyhun Bayramov Kiyevdə
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" hesabında paylaşılıb. Naziri paytaxt Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa qarşılayıb
6 avqustİsrail İrana qarşı müharibəyə qoşula bilər? - POLİTOLOQDAN AÇIQLAMA
Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin yenidən gərginləşməsi fonunda İsrailin İrana qarşı mümkün hərbi əməliyyatlara qoşula biləcəyi ilə bağlı iddialar beynəlxalq gündəmdə geniş müzakirə olunur. Rəsmi səviyyədə yekun qərar açıqlanmasa da, bölgədə baş verən son hadisələr və tərəflərin sərt bəyanatlar
6 avqustAzərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XIN) Kot-d'İvuar hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. xəbər verir ki, müvafiq təbrik Azərbaycan XIN-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşılıb. "Müstəqillik Günü münasibətilə Kot-d'İvuar Respublikasını
7 avqustCənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə
Son illər Cənubi Qafqaz bölgəsində baş verən proseslər göstərir ki, regionun gələcək təhlükəsizliyinin artıq hərbi qarşıdurma deyil, siyasi razılaşmalar, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq əlaqələri müəyyənləşdirir. Bununla əlaqədər bir il əvvəl, avqustun 8-də Vaşinqtond
10 avqustİlham Əliyev iki daimi nümayəndəni geri çağırdı, birinə yeni vəzifə verdi
Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi, Elman Telman oğlu Abdullayev isə Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamla
6 avqust