Dəhşətli ailə faciəsi: polis zabiti arvadını və iki qızını qətlə yetirdi - VİDEO

Dəhşətli ailə faciəsi: polis zabiti arvadını və iki qızını qətlə yetirdi - VİDEOAntalyada illik məzuniyyətdə olan polis əməkdaşı ailə mübahisəsi zəminində dəhşətli qətl törədib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, M.G. adlı polis, həyat yoldaşı və iki qızını xidməti tapançası ilə güllələyərək öldürüb, daha sonra özü hadisə barədə polisə məlumat verib.

Hadisə saat 17:00 radələrində Kepez rayonunun Varsak Demirel məhəlləsində yerləşən iki mərtəbəli evdə baş verib. Antalya Polis İdarəsinin Varsak Polis Mərkəzində xidmət edən M.G., əvvəlcə evin salonunda həyat yoldaşı Fatma Gıyarı (31), daha sonra 10 yaşlı qızı Meral Ebrar Gıyarı və 4 yaşlı Merve Gıyarı atəş açaraq qətlə yetirib.

Silah səslərini eşidən qonşuların məlumatı əsasında hadisə yerinə çox sayda polis və təcili yardım əməkdaşı cəlb edilib. Aparılan araşdırma nəticəsində ana və iki qızının hadisə yerində həyatını itirdiyi müəyyən olunub. Cinayəti törədən M.G. isə hadisədən dərhal sonra həmkarları tərəfindən saxlanılıb.

Prokurorluq və hadisə yeri ekspertlərinin araşdırmasından sonra qadın və uşaqların meyitləri Antalya Məhkəmə-Tibbi Ekspertiza İnstitutunun morquna aparılıb. Məlum olub ki, polis əməkdaşı M.G. hadisə zamanı illik məzuniyyətdə olub.

Hadisə yerinə gələn mərhum Fatma Gıyarın bacısı sinir krizi keçirib və yaxınları tərəfindən çətinliklə sakitləşdirilib.

İlkin məlumatlara görə, faciə cütlük arasında "xəyanət" iddiası üzündən yaranan mübahisə zamanı baş verib. Fatma Gıyarın ərinə uşaqlarının yanında təhqirlər etdiyi və onu vurduğu, bundan sonra isə polis zabitinin əsəblərinə hakim ola bilməyərək əvvəl həyat yoldaşını, sonra isə iki qızını güllələdiyi bildirilir. Qətli törətdikdən sonra M.G.-nin 112 Təcili Çağrı Mərkəzinə zəng edərək hadisəni etiraf etdiyi qeyd olunur.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 959   Tarix: 13 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub

3 oktyabr
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ! Qəzadan sağ çıxdı, maşından düşəndə TOK VURUB ÖLDÜRDÜ

Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, Bolsulu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib

11 oktyabr
.

İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat

Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta

3 oktyabr
.

DİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"

3 oktyabr
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl

4 oktyabr
.

Masazırda mənzildə yanğın oldu - VİDEO

Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl

30 sentyabr
.

Sərxoş halda maşını aşırdı - Arvadı öldü, 12 yaşlı oğlu yaralandı - Yenilənib

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza ötən gecə saat 22 radələrində rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb. Gədəbəy rayon sakini 1989-cu il təvəllüdlü Ələkbərov Şükür Yapon oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil

14 oktyabr
.

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı

3 oktyabr
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən

3 oktyabr