"Türkiyədəki kimi ibtidai–orta–lisey strukturunun Azərbaycanda tətbiqi zəruridir" - AÇIQLAMA

"Türkiyədəki kimi ibtidai–orta–lisey strukturunun Azərbaycanda tətbiqi zəruridir" - AÇIQLAMASon illərdə Azərbaycanda təhsilin keyfiyyətinin artırılması, məktəb infrastrukturunun yenilənməsi və daha çevik təhsil modellərinin tətbiqi aktuallaşıb. Regiondakı ölkələr arasında xüsusilə Türkiyənin təhsil sistemi diqqət cəlb edir. Türkiyədə ibtidai, orta və lisey pillələrinin ayrı məktəblər kimi təşkil olunması, şagirdlərin yaş və inkişaf mərhələlərinə uyğun daha ixtisaslaşmış təhsil mühitinin yaradılmasına imkan verir. Bəs, bu modelin Azərbaycanda tətbiqi gözlənilirmi?

Mövzu ilə bağlı Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov danışıb.

O, açıqlamasında qeyd edib ki,Azərbaycan təhsilində struktur yenilənməsinə ehtiyac uzun illərdən bəri mövcud olan sistem boşluqlarının nəticəsidir:

"Eyni məktəb binasında 6 yaşlı ibtidai sinif şagirdi ilə 16–17 yaşlı lisey şagirdinin birgə təhsil alması həm pedaqoji uyğunlaşmanı, həm psixoloji təhlükəsizliyi, həm də kurikulumun mərhələləşdirilməsini çətinləşdirir. Bu ziddiyyət "Ümumi təhsil haqqında" Qanunun 4.2-ci maddəsində göstərilən "pilləlilik və ardıcıllıq" prinsipinin faktiki olaraq reallaşmamasına gətirib çıxarır. Qanunda təhsil pillələrinin ayrı funksiyaları və məqsədləri müəyyən olunsa da, real sistem bu pillələri fiziki, metodik və idarəetmə baxımından ayıra bilmir. Məhz buna görə də ibtidai siniflərdə təməl bacarıqlar istənilən səviyyədə formalaşmır, orta siniflərdə bilik uçurumu dərinləşir, yuxarı siniflərdə isə məktəb təhsili repetitorluq sisteminin kölgəsində qalır.

Statistika göstərir ki, şagirdlərin inkişaf mərhələsinə uyğun olmayan bu struktur təhsilin nəticələrinə birbaşa təsir göstərir. PISA 2022-də oxu-anlama üzrə baza səviyyəsinə çatmayanların payının 50%-i keçməsi, riyaziyyatda OECD-dən təxminən 75 bal geri qalmağımız və təbiət elmlərində daha 60 bal fərqin olması təsdiqləyir ki, şagirdlər ardıcıl inkişaf modellərindən faydalana bilmir. Bu nəticələr ibtidai mərhələdə möhkəm baza qurulmadığını, orta mərhələdə lazımi dəstəyin verilmədiyini və lisey mərhələsinin müstəqil akademik məkan kimi formalaşmadığını açıq şəkildə göstərir.

Türkiyə təcrübəsi bu baxımdan Azərbaycan üçün mühüm müqayisə imkanı yaradır. Türkiyədə təhsil strukturu yaş və inkişaf mərhələsinə uyğun olaraq üç məktəb növünə bölünür: ibtidai məktəb (1–4), orta məktəb (5–8) və lisey (9–12). Bu bölgü sadəcə binaların ayrılması deyil, həm də pedaqoji funksiyaların dəqiq ixtisaslaşdırılması deməkdir. İbtidai məktəbdə əsas məqsəd yazı-oxu, riyazi savad və sosial-emosional inkişafdır; orta məktəbdə fənnlərin mərhələli dərinləşməsi həyata keçirilir; liseydə isə akademik və ya peşə təmayül üzrə sistemli hazırlıq aparılır. Bu modelin üstünlüyü ondan ibarətdir ki, hər mərhələdə şagird yaşına uyğun məktəb mühiti, müəllim profili və kurikulum mövcud olur.

Buna qarşılıq olaraq, Azərbaycanda ibtidai müəllim eyni binada həm öz 7 yaşlı şagirdini, həm də 17 yaşlı yeniyetmələrin davranış dinamikasını nəzərə almağa məcbur olur. Bu qarışıq mühit "Təhsil haqqında" Qanunun 12-ci maddəsində göstərilən "təhsilalanların təhlükəsizliyi və sağlam mühitdə təhsil almaq hüququ" prinsipinin real təminatına mane olur. Xüsusilə kənd rayonlarında ibtidai sinif şagirdlərinin böyük yaş qrupları ilə birgə məktəb həyatına məruz qalması psixoloji uyğunlaşma və davranış sabitliyi üçün ciddi risk yaradır.

Dünya təcrübəsində yaşına uyğun məktəb sisteminin nəticələri daha aydın görünür. Estoniyada gimnaziya (10–12-ci sinif) digər məktəb mərhələsindən tam ayrılıb və yalnız təmayül üzrə qəbul aparılır; bu model Estoniyanın PISA-da Avropada birinci olmasının əsas səbəblərindən biridir. Finlandiyada "peruskoulu → lukio" modeli şagirdin 16 yaşından sonra fərdi təhsil trayektoriyasına keçməsini təmin edir. Yaponiya, Sinqapur və Cənubi Koreyada ibtidai, orta və lisey məktəbləri arasında həm fiziki, həm də metodik sərhədlər kəskin şəkildə müəyyən edilib və hökumət təhsil siyasətini məhz bu bölünmüş struktura uyğun formalaşdırır".

Təhsil eksperti onu da vurğuladı ki, Azərbaycan üçün bu model həm real, həm də zəruri görünür:

" Elm və Təhsil Nazirliyinin son dövrlərdə atdığı addımlar – ibtidai blokların yeni məktəb layihələrində ayrılması, təmayül siniflərinin genişləndirilməsi, lisey tipli məktəblərin sayının artırılması, müəllimin iş modelinin tamştat əsasında yenidən təşkil edilməsi – yaş mərhələsi üzrə differensial təhsilə keçidin ilkin siqnallarıdır. Nazirliyin bu istiqamətdə apardığı islahatlar "pedaqoji ardıcıllıq", "tədrisin fərdiləşdirilməsi" və "məktəb strukturlarının çevikləşdirilməsi" kimi müasir təhsil meyarlarına uyğun addımlardır və sistemin uzunmüddətli inkişafına xidmət edir.

Müsbət tərəf ondan ibarətdir ki, belə bir model tətbiq olunarsa, ibtidai mərhələdə baza bacarıqları möhkəmlənəcək, orta siniflərdə fənn bilikləri daha ardıcıl şəkildə formalaşacaq, lisey mərhələsi isə universitetə hazırlıq üçün real akademik mühitə çevriləcək. Məktəbdaxili psixoloji gərginlik azalacaq, şagird davranış pozuntuları minimuma enəcək, müəllimlər konkret yaş qruplarına yönəlmiş ixtisaslaşma imkanları əldə edəcək. Daha mühümü, repetitorluğun genişlənməsinə səbəb olan əsas boşluq – məktəbin 10–11-ci siniflərdə şagirdi imtahana hazırlamaq gücünün zəif olması – struktur şəkildə aradan qalxacaq.

Dəyişməsi vacib olan əsas məsələ isə bir neçə istiqamətdədir: məktəb tikintisi və infrastruktur yenilənməsi sürətləndirilməli, ibtidai müəllim hazırlığı ayrıca proqram kimi gücləndirilməli, orta məktəbdə fənn keçid mexanizmləri yenilənməli, liseylərdə qəbul şəffaflaşdırılmalı və təmayül proqramları məcburi xarakter almalıdır. Şəhər və kənd arasında struktur fərqlərin aradan qaldırılması üçün maliyyələşmə modeli dəyişdirilməli, regionlara daha çox resurs yönəldilməlidir.

Hesab edirəm ki, Türkiyədəki kimi ibtidai–orta–lisey strukturu Azərbaycan üçün həm məqsədəuyğundur, həm də mütləq şəkildə tətbiqi zəruridir. Elm və Təhsil Nazirliyinin hazırkı siyasəti bu istiqamətdə doğru və gecikmiş, lakin strateji əhəmiyyətli addımlardır. Yaş fərqinə uyğun məktəblərin ayrılması təhsil keyfiyyətinin yüksəldilməsi, psixoloji təhlükəsizliyin artırılması və şagird nəticələrinin yaxşılaşdırılması baxımından vacib sistem dəyişikliyidir və ölkənin gələcək təhsil modelinin əsas dayaqlarından biri olmalıdır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2649   Tarix: 14 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Azərbaycanda iyulun 25-də 39 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26 isti

24 iyul
.

Meyvə bağındakı hovuzda boğulub öldü

Cəlilabad rayon sakini suvarma hovuzunda boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən meyvə bağında baş verib. 2005-ci il təvəllüdlü Kənan Natiq oğlu Mahmudlu suvarma hovuzunda çimərkən boğularaq ölüb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən gənci

23 iyul
.

Azıx mağarası - Azərbaycanlıların ilk evi - (Video)

Azərbaycanın tarixi irsinin ən mühüm abidələrindən sayılan Azıx mağarasından yayılan yeni görüntülər sosial şəbəkələrdə diqqət mərkəzinə çevrilib. xəbər verir ki, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri hesab olunan mağaradan lentə alınan kadrlar qısa müddətdə geniş maraq doğurub. Paylaşıla

22 iyul
.

Süni intellektin inkişafı ən çox hansı peşə sahiblərini narahat edir? - AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişafı əmək bazarında ciddi dəyişikliklərə səbəb olur. Bir tərəfdən iş proseslərini sürətləndirən və məhsuldarlığı artıran bu texnologiyalar, digər tərəfdən bəzi peşələrin gələcəyi ilə bağlı narahatlıqları artırır. Xüsusilə təkrarlanan və standartlaşdırılmı

24 iyul
.

Hüquqşünas alimə cinayət işi açıldı

Sabunçu rayonu, Sabunçu qəsəbəsi 4 saylı notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyev barəsində cinayət işi başlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, külli miqdarda mənimsəmədə ittiham olunur. Ədliyyə Nazirliyində aparılan daxili araşdırma nəticəsində Səbuhi Əliyevin küll

23 iyul
.

Azərbaycanda zorakılığa məruz qalan kişilərin sayı AÇIQLANDI

2026-cı ilin ilk altı ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı ümumilikdə 292 müraciət daxil olub. xəbər verir ki, bu barədə -ın sorğusuna cavab olaraq dövlət komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib. Bildirilib ki, məişət zorakılığ

23 iyul
.

Qarın piyinin səbəbi çox yemək deyilmiş

Yeni araşdırma yaş artdıqca piyin niyə əsasən bel və qarın nahiyəsində toplandığını üzə çıxarıb. Bir çox insan yaşlandıqca çəkisi demək olar ki, dəyişməsə də, qarın nahiyəsinin böyüdüyünü müşahidə edir. Bu isə təkcə estetik problem deyil. Qarın piyinin artması maddələr mübadiləsinin yavaşlaması, 2-c

24 iyul
.

Ad günü məclisi dava ilə bitdi: Sərxoş olub bacısını döyən şəxs cəzalandırıldı

Ad günü münasibətilə spirtli içki qəbul etdikdən sonra bacısını döyərək ona yüngül xəsarət yetirən şəxs barəsində məhkəmə hökmü çıxarılıb. Qaynarinfo xəbər verir ki, məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bacısının baş nahiyəsinə təpikl

23 iyul
.

Bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi rayonlarında iyulun 25-26-da külək güclənəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Naxçıvan MR, Qazax, Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Quba, Siyəzən, Xızı, Qobustan

24 iyul