Dələduzluqla ələ keçirdiyi pulla xəstə qızını müalicə etdirən şəxsə hökm oxundu

Dələduzluqla ələ keçirdiyi pulla xəstə qızını müalicə etdirən şəxsə hökm oxunduBakıda yük avtomobili alıb, onun icarəsindən qazanc götürmək adı ilə dələduzluq edən şəxsin işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az-ın məlumatına görə, dələduzluq edən şəxs özünü "sahibkar Samir Məmmədzadə" kimi təqdim edib.

Belə ki, o, zərərçəkən Solmaz Cəbrayılova ilə "Facebook" sosial şəbəkəsi vasitəsi ilə tanış olub, mobil telefon vasitəsi ilə əlaqə saxlayan zaman özünü ona yalandan bir neçə yük avtomobili olan sahibkar kimi təqdim edib.

Təqsirləndirilən şəxs zərərçəkəni birgə iş qurub - "KamAZ" markalı yük avtomobili alıb icarəyə verib qazanc əldə etməyə inandırıb. Bu adla ondan ümumilikdə 20500 manat pul alıb. Təxminən 2023-cü ilin aprel ayının əvvəllərində zərərçəkmiş şəxs müttəhimin öz adına olmayan, bankı və hesab nömrəsini xatırlamadığı hesaba 12000 manat pul köçürüb. Təqsirləndirilən həmin pulu əldə edərək şəxsi borclarına və qızı Nurayın müayinə və müalicəsinə xərcləyib. Onun heç bir zaman "KamAZ" markalı yük avtomobili olmayıb, yalnız kimlərinsə "KamAZ"ını sürücü olaraq idarə edərək əmək haqqı alıb. O, cinayət işinin istintaqı müddətində vurulmuş ziyanı ödəyib, zərərçəkmiş şəxslə barışıb.

Xəzər Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi (xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə) ilə təqsirli bilinərək ona iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 4298   Tarix: 15 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən -a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək, gündü

15 noyabr
.

"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX

Hər il qış mövsümü yaxınlaşdıqca Azərbaycanda havaların necə keçəcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Qarşıdan gələn qışın son 70 ilin ən sərti olacağı iddia edilir. Lakin bu cür proqnozların tez-tez təkrarlanması ictimaiyyətdə birmənalı qarşılanmır. Vətəndaşlar hər il eyni xəbərdarlıqları

7 noyabr
.

Jurnalist Elnur Şükürov həbs edildi

Jurnalist Elnur Şükürov həbs edilib. APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq - ağırlaşdırıcı hallarda) və 188.1-ci (qanunla müəyyə

7 noyabr
.

Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı

Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayət Məcəlləsini

7 noyabr
.

Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı

Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri

14 noyabr
.

Beyləqanda gənc faciəli şəkildə öldü

Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır

1 noyabr
.

Yanğında ölən Könül Hümbətovanın qızının acı taleyi: "Bir stəkan su içmək belə çətindir" - Video

Bir il əvvəl Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirən üç nəfərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətova olub. Onun qızı Ləman Qulamova isə hadisədən sonra aldığı xəsarətlərdən hələ də sağala bilməyib. "Xəzər" TV-yə istinadə

1 noyabr
.

Şəkidə ağır qəzada sürücü hadisə yerində öldü, xəsarət alanlar var

Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Lada Priora" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində avtomobildə olan Laçın rayo

1 noyabr
.

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarət alıb

14 noyabr