"Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan - Özbəkistan münasibətləri özünün qızıl dövrünü yaşayır" - DEPUTAT

"Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan - Özbəkistan münasibətləri özünün qızıl dövrünü yaşayır" - DEPUTAT"Azərbaycan və Özbəkistan arasında dövlətlərarası münasibətlər sağlam siyasi təməl üzərində qurulmuş strateji tərəfdaşlıqlardan biridir. İki qardaş ölkənin əlaqələri yalnız ortaq tarix, mədəni kimlik və dil birliyi ilə məhdudlaşmır. Münasibətlərimiz hər iki ölkə liderinin, cənab Prezident İlham Əliyev və cənab Prezident Şavkat Mirziyoyevin siyasi iradəsi, uzaqgörən strategiyası nəticəsində yeni inkişaf müstəvisinə yüksəlib. Rəsmi Bakı və Daşkənd ikitərəfli kontekstlə yanaşı, sevindirici haldır ki, Türk dünyasının inteqrasiya xəritəsində əsas aparıcı sütünlar kimi çıxış edirlər".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

O, açıqlamasında qeyd edib ki, Möhtərəm Prezident, cənab İlham Əliyevin Özbəkistanının Milli İnformasiya Agentliyinə verdiyi müsahibə ikitərəfli əlaqələrimizin xarakteristikası və inkişaf tendensiyasını müəyyənləşdirmək baxımından olduqca əhəmiyyətlidir:

"Dövlət rəhbərimizin qeyd etdiyi kimi , " bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Münasibətlərimizin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə aramızda yaranan şəxsi etimad və dostluq münasibətləridir. Prezidentin dövlətlərarası münasibətlərimizin inkişafına şəxsi töhfəsini, onun çoxşaxəli əməkdaşlığımızın ardıcıl olaraq gücləndirilməsinə daim diqqət yetirməsini xüsusi vurğulamaq istərdim.
Qardaş Özbəkistanın lideri, görkəmli dövlət xadimi və Azərbaycanın böyük dostu Prezident Şavkat Mirziyoyevi ölkəmizdə salamlamaq bizim üçün həmişə böyük şərəf və məmnuniyyətdir. Qeyd etdiyiniz kimi, son bir il yarım ərzində beş belə səfər olub. Bütün bunlar münasibətlərimizin yüksək dinamikasını əyani şəkildə göstərir."

Azərbaycan xalqı hər zaman qardaş Özbəkistan xalqının dəstəyini, isti münasibətini hiss etmişdir. Keçmiş Qarabağ münaqişəsi zamanı rəsmi Daşkənd hər zaman ölkəmizin haqlı mövqeyini istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində müdafiə etmişdir. Xüsusilə, 44 günlük Vətən Müharibəsi zamanı və post müharibə dövründə Özbəkistanın işğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işlərinə öz töhfəsini verməsi birliyimizin əyani göstəricisidir.
Özbəkistan dövlətinin ayırdığı vəsait hesabına bu gün işğaldan azad etdiyimiz Füzuli şəhərində böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan ən müasir tələblərə cavab verən məktəb kompleksi tikilib istifadəyə verilmişdir. Hazırda həmin məktəbdə 600 şagird təhsil alır".

Deputat onu da vurğuladı ki, siyasi əlaqələrlə paralel, iqtisadi tərəfdaşlığımız və onun inkişaf tempi hər iki tərəfdə məmnunluq hissi yaradır:

"Özbəkistan iş adamları Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurla təmsil olunur və investisiya qoyuluşu hər keçən gün daha da artır. Artıq qarşımızda yeni çağırışlar və perspektivlər mövcuddur. Zəngəzur dəhlizinin reallaşdırılması fonunda yeni nəqliyyat maşurtlarının formalaşması Cənubi Qafqaz-Orta Asiya xəttində iqtisadi dinamikliyi artıracaq mühüm faktordur və bu əməkdaşlıq çoxvektorludur.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan - Özbəkistan münasibətləri özünün qızıl dövrünü yaşayır. Ən əsası cənab Prezident İlham Əliyev və cənab Prezident Şavkat Mirziyoyevin qətiyyətliliyi qardaşlıq bağlarımızın gələcəkdə daha güclü və sarsılmaz şəkildə inkişaf edəcəyinin qarantıdır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 963   Tarix: 17 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr
.

Prezident: "BMT-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək"

"BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliye

15 oktyabr
.

Türkiyə Ermənistanda keçiriləcək tədbirə qatılacaq

"BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Türkiyənin nazirlər səviyyəsində iştirak edəcəyi məlumdur. Lakin Azərbaycanın bu tədbirə qatılıb-qatılmayacağı barədə rəsmi təsdiqini tapmış hər hansı bir məlumat hələ ki, mövcud deyil". -ın Ermənista

15 oktyabr
.

Qardaşlığa qarşı informasiya savaşı: Türkiyədə Azərbaycana yönələn hücumların arxasında nə dayanır?

Türkiyənin sosial media məkanında Azərbaycana qarşı son günlər müşahidə olunan qərəzli paylaşımlar, ictimai nüfuza malik şəxslərin səsləndirdiyi ittihamlar, siyasi dairələrdən gələn mübahisəli açıqlamalar və Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyalar artıq sadəcə sosial şəbəkə mübahisəsi kim

15 oktyabr
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın inkişaf yolu, tarixi Zəfəri və yeni geosiyasi reallıqları

2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin tarixdən ötən 23 il ərzində Azərbaycan dövlət quruculuğu, iqtisadi inkişaf, ordu quruculuğu, xarici siyasət və ərazi bütövlüyünün təmin olunmas

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə kölgə salan kampaniyaların pərdəarxası

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli yaddaş, qarşılıqlı etimad və çətin günlərdə nümayiş etdirilən həmrəylik dayanır. Məhz buna görə də Türkiyənin sosial media məkanında Azərbaycana qarş

15 oktyabr