Kəlbəcər rayonunun işğaldan azad olunması

Kəlbəcər rayonunun işğaldan azad olunması2020-ci il noyabrın 25-də Kəlbəcərin 27 illik işğalına son qoyuldu. Kəlbəcər Azərbaycanın gözəl məkanlarından biridir. Kəlbəcər toponiminin özü də elə onun türklərə məxsusluğunun sübutudur. Heç bir işğal bu həqiqəti dəyişdirə bilməz.
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur və 1930-cu il 8 avqustda inzibati rayon statusu almışdır. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.Kəlbəcər rayonunda çox sayda mineral su qaynaqları var. Onlardan ən məşhurları Yuxarı İstisu, Aşağı İstisu, Qoturlu İstisuyu, Turşsudur. Rayon ərazisi flora və fauna, faydalı qazıntı, qızıl yataqları ilə zəngindir. Kəlbəcərin tarixi abidələri, qayaüstü təsvirləri də onun qədimiliyinin sübutudur.
Sadaladığımız bu zənginliklər Erməni işğalının da səbəbidir. Tarixən ermənilər torpaqlarımıza göz dikmiş, onları işğal etməklə, qədim toponimlərini öz qoyduqları qondarma erməni adlarla əvəz etməklə, köçəri erməniləri bu ərazilərimizdə məskunlaşdırmaqla özününküləşdirə biləcəklərini hesab edirdilər.
Kəlbəcər rayonu 1993-cü il aprelin 3-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Erməni caniləri torpaqlarımızı işğal etməklə kifayətlənməmiş, uşaqlara, qocalara, günahsız insanlara aman verməyib, işgəncə, əzab-əziyyətlə qətlə yetirmişlər. İşğal zamanı yüzlərlə dinc sakin doğma yurdundan didərgin düşmüş, tarixi mədəniyyət abidələri dağıdılmış, rayonun təbii sərvətləri məhv edilmişdir.
Beynəlxalq təşkilatların qəbul etdiyi işğalçılıq qətnamələri təsdiq olunsa da, real olaraq həyata keçirilməmişdir və heç bir halda Erməniləri torpaqlarımızdan çıxarmağa çalışmamışlar. Həmişə olduğu kimi ölkəmizə qarşı təxribatlar törətməkdən əl çəkməmişlər. Bütün bu səbəblərin nəticəsi olaraq, Azərbaycan dövləti yeritdiyi uğurlu daxili və xarici siyasəti nəticəsində öz torpaqlarını özü azad etmişdir.
Azərbaycanın güclü, qüdrətli ordusu, cəsarətli əsgərlərinin hesabına 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi bizim qələbəmizlə yekunlaşdı. Torpaqlarımızın hər qarışı şəhidlərimizin qanı, canı bahasına işğaldan azad olundu. Bu qələbənin ən uğurlu təflərindən biri də o idi ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Dekabrın isə 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Bu üç rayonun sülh yolu ilə azad edilməsi itkilərimizin bu qələbədə daha az olmasının ən əsas uğurudur.
İşğalın sona çatması torpaqlarımızda və ölkəmizdə yeni dövrün başlanğıcı demək idi. Artıq müharibə bitən kimi Qarabağ torpaqlarında quruculuq,abadlıq işlərinə başlanıldı. Əsas məqsəd Qarabağ sakinlərinin öz torpaqlarına geri qayıtması idi.
Prezidentin göstərişlərinə əsasən, Kəlbəcərin elektrik və su təchizatı, evlərin tikilməsi, infrastrukturun bərpası sahəsində addımlar atıldı,layihələr həyata keçirildi. Bu layihələrin təməlqoyma və açılış mərasimlərində prezident İlham Əliyev özü şəxsən iştirak edir. Prezident "Kəlbəcər -1" Kiçik Su Elektrik Stansiyasının aşılışında, hərbi hissələrin aşılışında, Kəlbəcərdə "İstisu" mineral su zavodunun, İstisu sanatoriyasının, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimlərində iştirak etmişdir. Bundan başqa ora köçəcək əhalinin məşğuliyyətinin, əmək fəaliyyətinin yaxşılaşdırılması üçün də mühüm tədbirlər görülür, müxtəlif fəaliyyət sahələri layihələndirilir.
Prezident İlham Əliyevin 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb və Sərəncama əsasən, 25 noyabr–Kələbəcər şəhəri günü kimi təsis edilib. Bu il artlq 3-cü dəfə bu gün təntənəli şəkildə qeyd ediləcəkdir.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 874   Tarix: 17 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Füzuli şəhərində aparılan bərpa işləri

Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyulub. 17 oktyabr 2020-ci il şərəf və qürur günlərimizdəndir. Çünki bu tarixdə sadəcə tarixi yurd yerimiz olan Füzul

15 oktyabr
.

Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənista

15 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə kölgə salan kampaniyaların pərdəarxası

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli yaddaş, qarşılıqlı etimad və çətin günlərdə nümayiş etdirilən həmrəylik dayanır. Məhz buna görə də Türkiyənin sosial media məkanında Azərbaycana qarş

15 oktyabr
.

Prezident: "Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşib"

"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd

15 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısına hazırlıq işləri görülür

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri aparılır. xəbər verir ki, toplantının keçirilməsi ilə bağlı hazırlıq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. [hh4-unikal]

15 oktyabr
.

Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı

14 oktyabr
.

17 oktyabr tarixi füzulililərin xatirəsində əbədi qalacaq

2020-ci il oktyabrın 17-si - Vətən müharibəsinin 21-ci günü hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzul

15 oktyabr
.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammiti çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş baş tutub. -ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova açıqlam

15 oktyabr