"Bu gün Ağdamda Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz quruculuq və inkişaf mərhələsi başlayıb" - DEPUTAT
"Bu gün biz 20 Noyabr – Ağdam Şəhəri Gününü qeyd etməklə işğaldan azad olunmuş qədim Ağdamın böyük qayıdışına, onun möhtəşəm dirçəliş salnaməsinin yazılmasına şahidlik edirik. Ağdam təkcə bir coğrafi məkan deyil – bu torpaq Azərbaycan xalqının yaddaşının, mədəniyyətinin və sarsılmaz iradəsinin canlı rəmzidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sözləri bu böyük missiyanın ideya sütununu təşkil edir: "Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın". Bu qətiyyətli bəyanat Ağdamın gələcəyinin, bütövlükdə Qarabağın dirçəlişinin strateji yol xəritəsinə çevrilmişdir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Mahir Süleymanlı danışıb.
O, açıqlamasında qeyd edib ki, üzərriktəpə arxeoloji tapıntıları bu bölgənin Qafqazın ən qədim şəhər mədəniyyətinin formalaşdığı mərkəzlərdən biri olduğunu təsdiq edir:
"Ağdamın tarixi minilliklərə söykənir. Əsrlər boyunca Ağdam əkinçiliyin, sənətkarlığın, musiqi və mədəni həyatın inkişaf etdiyi mühüm ocaqlardan biri olmuşdur.
1993-cü ildə rayon ərazisinin 73 faizinin işğalı xalqımız üçün ağır faciə idi. On minlərlə insan öz doğma yurd-yuvasından didərgin düşdü, yüzlərlə mədəniyyət abidəsi, təhsil ocaqları və infrastruktur obyektləri məhv edildi. Dünya miqyasında analoqu olmayan Çörək Muzeyi də erməni vandalizmindən xilas ola bilmədi.
2020-ci ildə əldə olunmuş Şanlı Zəfər tarixi ədaləti bərpa etdi. 10 Noyabr Bəyanatına əsasən Ağdamın bir güllə belə atılmadan Azərbaycana qaytarılması həm humanitar fəlakətin qarşısının alınması, həm də strateji baxımdan mühüm üstünlük idi.
Bu gün Ağdamda Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz quruculuq və inkişaf mərhələsi başlayıb. Təsdiq olunmuş Baş Plan Ağdamın müasir, yaşıl və ağıllı şəhər standartlarına uyğun şəkildə 100 min əhalili nümunəvi şəhər kimi yenidən qurulmasını nəzərdə tutur. Artıq Ağdam Sənaye Parkı Qarabağ iqtisadiyyatının əsas lokomotivlərindən birinə çevrilib, yeni dəmir yolu və avtovağzal kompleksi regionun mühüm nəqliyyat qovşağı olaraq formalaşır, Muğam Mərkəzi isə Qarabağın zəngin musiqi irsini yeni səviyyədə yaşadır".
Deputat onu da vurğuladı ki, hazırda yüzlərlə layihə – məktəblər, xəstəxanalar, yaşayış məhəllələri, magistral yollar və digər mühüm infrastruktur obyektləri ardıcıllıqla reallaşdırılır:
"Böyük Qayıdış proqramı çərçivəsində ailələr öz doğma torpaqlarına geri dönürlər. Prezident İlham Əliyevin Ağdama etdiyi çoxsaylı səfərlər isə bu müqəddəs torpağın bərpasına dövlət səviyyəsində göstərilən xüsusi diqqətin bariz ifadəsidir.
Dövlət başçısının 2022-ci ildə təsdiqlədiyi Ağdam şəhərinin 2040-cı ilədək Baş Planı bu torpağın gələcəyini müəyyənləşdirən strateji inkişaf çərçivəsidir. Artıq şəhərdə beş məhəllə konsepsiyası üzrə genişmiqyaslı tikinti işləri aparılır, yeni yaşayış binaları, məktəblər, körpələr evi, park və yollar inşa olunur. 2025-ci ilin oktyabr ayınadək 825 ailənin – 3318 nəfərin doğma torpaqlarına qayıdışı təmin edilmişdir. Ağdam bu gün Böyük Qayıdış proqramının simvol şəhəri kimi dirçəlir.
Sonda bir daha qeyd etmək istərdim ki, 20 Noyabr – Ağdam Şəhəri Günü yalnız xatirə tarixi deyil. Bu gün xalqımızın sarsılmaz əzmini, milli ruhumuzu, torpağa sədaqətimizi və dövlətimizin gələcəyə hesablanmış inkişaf strategiyasını təcəssüm etdirir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasından məhrum edildi
Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir