"Ağdam Zəfəri tarixi ədalətin, siyasi iradənin və milli birliyin ən parlaq nümunəsidir" - DEPUTAT

"Ağdam Zəfəri tarixi ədalətin, siyasi iradənin və milli birliyin ən parlaq nümunəsidir" - DEPUTAT"Ağdam Zəfəri tarixi ədalətin, siyasi iradənin və milli birliyin ən parlaq nümunəsidir" - , bunu Sonxeber.az -a açıqlama verən deputat Günay Ağamalı deyib:

"2020 - ci ilin payızında Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazıldı. Xalqımızın illərdir gözlədiyi an nəhayət ki, zəfərlə taclandı. 44 günlük şanlı zəfər yolu Azərbaycan əsgərinin gücünü, prezident-xal-ordu birliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi.
Ermənistan Respublikasının İkinci Qarabağ müharibəsində məğlubiyyətin nəticəsi olaraq kapituliyasiya aktına imza atması tarixi qələbəmizin rəsmi təsdiqi, eyni zamanda 30 illik ədalətsizliyə son qoyan qətiyyətli addım və milli iradənin təntənəsi idi. Möhtərəm Cənab Prezident İlham Əliyevin apardığı prinsipal, qətiyyətli diplomatik fəaliyyət, Silahlı Qüvvələrimizin əldə etdiyi ardıcıl qələbələr İrəvan hakimiyyətini məcbur etdi ki, məğlubiyyəti qəbul etsin. Döyüş meydanında qazanılan qələbəni danışıqlar müstəvisinə uğurla transformasiya edən Azərbaycan diplomatiyası Ağdam, Kəlbəcər, Laçın rayonlarını danışıqlar yolu ilə işğaldan azad etdi. Bu tarixi nailiyyətin mərkəzində heç şübhəsiz ki, cənab Prezident İlham Əliyevin müdrik liderliyi və prinsipal siyasəti dayanır. Məhz bu səbəbdən 20 Noyabr Ağdam rayonunun danışıqlar yolu ilə geri qaytarılması Azərbaycan dövlətçiliyi tarixində mühim siyasi qələbə və diplomatiyamızın ən parlaq nümunələrindən biridir.

Hələ SSRİ dövründə özünün geniş iqtisadi potensialı ilə diqqət çəkən Ağdam rayonu Cənubi Qafqazın ən böyük yaşayış məskənlərindən biri sayılırdı. Buna baxmayaraq, Qarabağda başlayan işğal prosesi Ağdamdan da yan keçmədi. Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi.

Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.

BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsimə məhəl qoymayan Ermənistan 30 ilə yaxın Ağdamda bütün infrastrukturu dağıtmış, şəhəri xarabalığa çevirmişdir. Erməni işğalı nəticəsində Qafqazın Xirosiması adlandırılan Ağdam rayonunun azad edilməsindən sonra dirçəldilməsi prosesi xalqımız qarşısında dayan yeni bir missiyadır. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yeni yollar salınır, elektrik, su və qaz xəttləri çəkilir, tarixi-mədəni irs bərpa edilir və ən son standartlara uyğun yaşayış məntəqələri tikilir. Bütün bunlar dövlətimizin iqtisadi və siyasi gücünün əyani sübutdur. Məhz bu səbəbdən Ağdam Zəfəri Azərbaycan xalqının birlik ruhunun, milli qürurunun, dövlətinə, Ali Baş Komandanına olan sonsuz inamının göstəricisidir. Bu qələbə onu sübut etdi ki, güclü siyasi liderlik, nizami ordu və xalq-dövlət birliyi olduğu zaman heç bir ədalətsizlik əbədi qala bilməz".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1116   Tarix: 19 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr
.

Prezident: "BMT-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək"

"BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliye

15 oktyabr
.

Türkiyə Ermənistanda keçiriləcək tədbirə qatılacaq

"BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Türkiyənin nazirlər səviyyəsində iştirak edəcəyi məlumdur. Lakin Azərbaycanın bu tədbirə qatılıb-qatılmayacağı barədə rəsmi təsdiqini tapmış hər hansı bir məlumat hələ ki, mövcud deyil". -ın Ermənista

15 oktyabr
.

Qardaşlığa qarşı informasiya savaşı: Türkiyədə Azərbaycana yönələn hücumların arxasında nə dayanır?

Türkiyənin sosial media məkanında Azərbaycana qarşı son günlər müşahidə olunan qərəzli paylaşımlar, ictimai nüfuza malik şəxslərin səsləndirdiyi ittihamlar, siyasi dairələrdən gələn mübahisəli açıqlamalar və Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyalar artıq sadəcə sosial şəbəkə mübahisəsi kim

15 oktyabr
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın inkişaf yolu, tarixi Zəfəri və yeni geosiyasi reallıqları

2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin tarixdən ötən 23 il ərzində Azərbaycan dövlət quruculuğu, iqtisadi inkişaf, ordu quruculuğu, xarici siyasət və ərazi bütövlüyünün təmin olunmas

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə kölgə salan kampaniyaların pərdəarxası

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli yaddaş, qarşılıqlı etimad və çətin günlərdə nümayiş etdirilən həmrəylik dayanır. Məhz buna görə də Türkiyənin sosial media məkanında Azərbaycana qarş

15 oktyabr