"Ağdam şəhər günün qeyd edilməsi Azərbaycanın milli qürurunun parlaq səhifələrindən biridir" - DEPUTAT

"Ağdam şəhər günün qeyd edilməsi Azərbaycanın milli qürurunun parlaq səhifələrindən biridir" - DEPUTAT"20 Noyabr tarixi Qarabağ müharibəsi dövründə illərlə işğal altında qalan, lakin 2020-ci il Vətən müharibəsində Azərbaycanın möhtəşəm Zəfəri nəticəsində azad edilən Ağdamın yenidən doğuluşunu simvolizə edən bir gündür. Ağdamın azad edilməsi yalnız bir şəhərin deyil, bütöv bir bölgənin, tarixin, mədəniyyətin və milli kimliyin bərpası anlamını daşıyır. Ağdam şəhəri Azərbaycanın qədim və strateji əhəmiyyətə malik yaşayış məntəqələrindən biridir. Tarixən Qarabağ bölgəsinin siyasi, iqtisadi və mədəni mərkəzlərindən olan Ağdam uzun illər ərzində bölgənin mühüm sənaye və kənd təsərrüfatı mərkəzi, Qafqazın ən tanınmış mədəniyyət ocaqlarından biri və Azərbaycanın musiqi və teatr həyatında xüsusi yeri olan şəhər kimi tanınıb. 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Ağdam tamamilə dağıdılmış, şəhər demək olar ki, yerlə-yeksan edilmişdi. Prezident İlham Əliyevin "Qafqazın Xirosiması" adlandırdığı Ağdam bu illər ərzində xarabalığa çevrilmişdi.

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

"Ağdam şəhər günün qeyd edilməsi Azərbaycanın milli qürurunun parlaq səhifələrindən biridir" - DEPUTATO, açıqlamasında qeyd edib ki, Ağdamın azad olunması ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, Qarabağın şərq hissəsində böyük strateji üstünlük təmin edildi, Şəhərin yenidən qurulması üçün geniş imkanlar açıldı:

"Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitmişdir. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur. İşğal nəticəsində Ağdam rayonunun çox sayda kolxoz, sənaye obyekti, məktəb və təhsil ocaqları, mədəniyyət evləri, Çörək muzeyi və digər infrastrukturlar düşmənin əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunda məskunlaşmışlar.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu şanlı qələbə əldə etdi. İmzalanmış Üçtərəfli Bəyanata əsasən 20 noyabr 2020-ci ildə Ağdam rayonu bir güllə atmadan Azərbaycana qaytarıldı. Bu tarix xalqımızın təqvimində böyük dönüş nöqtəsi və tarixi ədalətin bərpası kimi əbədi olaraq yaddaşlara həkk olundu. Ağdamın azad olunması ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, Qarabağın şərq hissəsində böyük strateji üstünlük təmin edildi, Şəhərin yenidən qurulması üçün geniş imkanlar açıldı.

Azad edildikdən sonra Ölkə Başçısının tapşırığı ilə Ağdamda genişmiqyaslı yenidənqurma və bərpa işlərinə start verildi. 2021-ci ildən etibarən şəhər tamamilə yeni Baş plan əsasında qurulur. Bu gün şəhərdə "Ağıllı şəhər" konsepsiyasına uyğun infrastruktur, müasir küçə və prospektlər, yaşıl enerji sistemləri, mədəniyyət və təhsil ocaqları, yaşayış kompleksləri, sənaye parkı və aqro-sənaye zonaları sürətlə inşa edilir, şəhərə ilk sakinlərin qayıdışı üçün mərhələli şəkildə şərait yaradılır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da "Ağdamın azad olunmasına görə" medalı təsis edildi. Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5.790 hərbi qulluqçusu "Ağdamın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.

Bundan sonra Ölkə Başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub".

Deputat onu da vurğuladı ki, Ağdam həm də Azərbaycan mədəniyyətinə unutulmaz töhfələr verən şəhərdir:

"Dünyaca məşhur Muğam Teatrı, Qarabağ atları, "Qarabağ" futbol klubu, xalq sənətkarlarının ocağı olan bu şəhər bu gün də mədəniyyətimizin yenidən parlayan ulduzuna çevrilir. 2023-cü ildə Ağdamın "Azərbaycanın mədəniyyət paytaxtlarından biri" elan edilməsi də şəhərin dərin tarixi-mədəni potensialının təsdiqidir.

Artıq Ağdamın azad olunduğu 20 noyabr tarixi xalqımız üçün ənənəyə çevrilərək, rəsmi olaraq Ağdam şəhəri günü kimi qeyd edilir. Bu gündə şəhərin tarixi və mədəni irsi anılır, şəhidlərin xatirəsi hörmətlə yad edilir, yenidənqurma prosesinin rəmzi kimi müxtəlif tədbirlər keçirilir, Ağdamın gələcəyi ilə bağlı konsepsiyalar və layihələr təqdim olunur. 20 Noyabr yalnız bir tarix deyil, həm də ümummilli həmrəyliyin, dövlətimizin gücünün, ordumuzun qəhrəmanlığının və xalqımızın əzminin təntənəsidir.

"Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Paralel olaraq bütün məhəllələrdə tikinti işləri aparılır. Şəhərdə inşa edilmiş Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib.

Ağdamın işğaldan azad edilməsi və bu tarixin şəhər günü kimi qeyd edilməsi Azərbaycanın milli qürurunun parlaq səhifələrindən biridir. Bu gün həm keçmişin ağrı-acılarının xatırlandığı, həm də gələcəyə olan ümidlərlə dolu böyük bir yenidən doğuluşun simvoludur".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 634   Tarix: 19 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr
.

Prezident: "BMT-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək"

"BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliye

15 oktyabr
.

Türkiyə Ermənistanda keçiriləcək tədbirə qatılacaq

"BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Türkiyənin nazirlər səviyyəsində iştirak edəcəyi məlumdur. Lakin Azərbaycanın bu tədbirə qatılıb-qatılmayacağı barədə rəsmi təsdiqini tapmış hər hansı bir məlumat hələ ki, mövcud deyil". -ın Ermənista

15 oktyabr
.

Qardaşlığa qarşı informasiya savaşı: Türkiyədə Azərbaycana yönələn hücumların arxasında nə dayanır?

Türkiyənin sosial media məkanında Azərbaycana qarşı son günlər müşahidə olunan qərəzli paylaşımlar, ictimai nüfuza malik şəxslərin səsləndirdiyi ittihamlar, siyasi dairələrdən gələn mübahisəli açıqlamalar və Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyalar artıq sadəcə sosial şəbəkə mübahisəsi kim

15 oktyabr
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın inkişaf yolu, tarixi Zəfəri və yeni geosiyasi reallıqları

2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin tarixdən ötən 23 il ərzində Azərbaycan dövlət quruculuğu, iqtisadi inkişaf, ordu quruculuğu, xarici siyasət və ərazi bütövlüyünün təmin olunmas

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə kölgə salan kampaniyaların pərdəarxası

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli yaddaş, qarşılıqlı etimad və çətin günlərdə nümayiş etdirilən həmrəylik dayanır. Məhz buna görə də Türkiyənin sosial media məkanında Azərbaycana qarş

15 oktyabr