"20 Noyabr – Ağdam şəhəri günü bir millətin öz torpağına sahib çıxmasının, dağıntılar üzərində yeni həyat qurmasının bayramıdır" - DEPUTAT

"20 Noyabr – Ağdam şəhəri günü bir millətin öz torpağına sahib çıxmasının, dağıntılar üzərində yeni həyat qurmasının bayramıdır" - DEPUTAT"20 Noyabr – Ağdam şəhəri günü yalnız bir təqvim qeydindən ibarət deyil. Bu gün Azərbaycan xalqının yaddaşında öz doğma yurduna olan sarsılmaz sevgisini, torpaq uğrunda canından keçmiş şəhidlərin ruhunu, dağıntılar altından yenidən doğulan bir şəhərin qürurunu yaşadan xüsusi məna daşıyır. Tarixin çox çətin mərhələlərindən keçmiş Ağdam bu gün yenidən dirçəliş yolundadır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri bu həqiqəti bir daha təsdiqləyir: "Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın". Bu fikirlər təkcə siyasi iradəni deyil, Ağdamın taleyinə yazılmış yeni bir inkişaf mərhələsinin hədəflərini də ifadə edir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Şahin Seyidzadə danışıb.

O, açıqlamasında qeyd edib ki, 1993-cü il 29 iyul tarixli BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi işğalçı qüvvələrin Ağdamdan dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, Ermənistan bu tələblərə əməl etməmişdir və bütün bunlar Ağdamı dünyada "Qafqazın Xirosiması" kimi tanıtmışdır – çünki şəhər tamamilə yerlə-yeksan edilmişdi:

"Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri Ağdamın 1993-cü il 23 iyulda işğalıdır. 42 gün davam edən ağır döyüşlər nəticəsində rayonun 73 faizi düşmən tərəfindən işğal edildi. Ağdamın 90 kəndi, 1094 kvadrat kilometrdən 882 kvadrat kilometri məhv edilərək nəzarət altına alındı. İşğalın nəticələri dəhşətli idi: 128 min insan doğma yurdunu tərk edib məcburi köçkünə çevrildi. 74 məktəb, 271 mədəniyyət evi, 12 sənaye obyekti, 38 kolxoz, kənd təsərrüfatı infrastrukturu tamamilə dağıdıldı. Ağdamın 6000-dən çox şəhidi, minlərlə yaralısı və itkiləri var. Ermənistan tərəfi Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq şəhəri talan etmiş, dini və mədəni abidələri məhv etmişdir. 1993-cü il 29 iyul tarixli BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi işğalçı qüvvələrin Ağdamdan dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, Ermənistan bu tələblərə əməl etməmişdir. Bütün bunlar Ağdamı dünyada "Qafqazın Xirosiması" kimi tanıtmışdır – çünki şəhər tamamilə yerlə-yeksan edilmişdi.

2020-ci il Vətən müharibəsi Azərbaycanın tarixinə əbədi qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı şanlı Qələbə nəticəsində 10 noyabr 2020-ci il bəyanatına əsasən, Ağdam rayonu 20 noyabr 2020-ci ildə döyüşsüz Azərbaycana qaytarıldı. Bu, insan tələfatının qarşısını alan mühüm hadisə idi. Qələbənin şərəfinə 26 noyabr 2020-ci ildə "Ağdamın azad olunmasına görə" medalı təsis edildi və 5790 hərbi qulluqçu bu medalla təltif olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi. Bu qərara əsasən, 20 noyabr Ağdam şəhəri günü elan edildi. Bu, təkcə tarixi hadisənin xatırlanması deyil – Böyük Qayıdışın rəmzi, inkişafın başlanğıcıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il avqustun 16-da təsdiqlədiyi "Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı" işğaldan azad edilən ərazilər üzrə ilk təsdiq olunan sənəd oldu. Bu plan Ağdamı Azərbaycanın dördüncü böyük şəhəri kimi formalaşdırmağı nəzərdə tutur. Burada 100 min nəfərin yaşayacağı planlaşdırılır. Şəhərdə 5 böyük məhəllə salınır, müasir yaşayış kompleksləri, parklar, məktəblər, ictimai məkanlar tikilir. Ağdamın kəndləri – Kəngərli, Xıdırlı, Sarıcalı artıq bərpa olunmaqdadır. 2025-ci ilin oktyabrınadək 3318 nəfər, 825 ailə doğma yurdlarına qayıtmışdır".

Deputat onu da vurğuladı ki, Ağdam bu gün yalnız bərpa olunan şəhər deyil – bütöv bir millətin qayıdış, yenidənqurma və inkişaf iradəsinin təcəssümüdür:

"28 may 2021-ci il Fərmanı ilə yaradılan Ağdam Sənaye Parkı Qarabağın iqtisadi potensialının dirçəldilməsində mühüm rol oynayır. 190 hektarlıq ərazini əhatə edən parkda 260 milyon manatdan çox investisiya yatırılıb, 28 rezident və 4 qeyri-rezident fəaliyyət göstərir. 9 müəssisə artıq işləyir, 5 müəssisənin tikintisi davam edir. Nəticədə 938 nəfər daimi işlə təmin olunub. Bu, Ağdamın iqtisadi həyatına yeni nəfəs verir.

2025-ci il mayın 10-da açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi regionun nəqliyyat əlaqələrini bərpa etməklə yanaşı, iqtisadi dinamikanı genişləndirir. Dəmir yolu gündə 800–1000, avtovağzal isə 1300–1500 sərnişin daşıyır. Kompleksdə kitabxana, mağazalar, restoranlar, gözləmə zalları və elektromobil doldurma məntəqələri fəaliyyət göstərir.

10 may 2025-ci ildə açılmış Ağdam Muğam Mərkəzi mədəni həyatın yeni simvoludur. 474 yerlik konsert zalı və açıq səhnəsi muğam sənətinin təbliği üçün mühüm platformadır. Bu mərkəz Qarabağın musiqi mədəniyyətini yaşadan yeni bir ocaqdır.

Nəticədə, Ağdam bu gün yalnız bərpa olunan şəhər deyil – bütöv bir millətin qayıdış, yenidənqurma və inkişaf iradəsinin təcəssümüdür. 20 Noyabr – Ağdam şəhəri günü bir millətin öz torpağına sahib çıxmasının, dağıntılar üzərində yeni həyat qurmasının bayramıdır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 649   Tarix: 19 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr
.

Prezident: "BMT-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək"

"BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliye

15 oktyabr
.

Türkiyə Ermənistanda keçiriləcək tədbirə qatılacaq

"BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Türkiyənin nazirlər səviyyəsində iştirak edəcəyi məlumdur. Lakin Azərbaycanın bu tədbirə qatılıb-qatılmayacağı barədə rəsmi təsdiqini tapmış hər hansı bir məlumat hələ ki, mövcud deyil". -ın Ermənista

15 oktyabr
.

Qardaşlığa qarşı informasiya savaşı: Türkiyədə Azərbaycana yönələn hücumların arxasında nə dayanır?

Türkiyənin sosial media məkanında Azərbaycana qarşı son günlər müşahidə olunan qərəzli paylaşımlar, ictimai nüfuza malik şəxslərin səsləndirdiyi ittihamlar, siyasi dairələrdən gələn mübahisəli açıqlamalar və Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyalar artıq sadəcə sosial şəbəkə mübahisəsi kim

15 oktyabr
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın inkişaf yolu, tarixi Zəfəri və yeni geosiyasi reallıqları

2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin tarixdən ötən 23 il ərzində Azərbaycan dövlət quruculuğu, iqtisadi inkişaf, ordu quruculuğu, xarici siyasət və ərazi bütövlüyünün təmin olunmas

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə kölgə salan kampaniyaların pərdəarxası

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli yaddaş, qarşılıqlı etimad və çətin günlərdə nümayiş etdirilən həmrəylik dayanır. Məhz buna görə də Türkiyənin sosial media məkanında Azərbaycana qarş

15 oktyabr