18 il əvvəl yeni doğulmuş körpəsini öldürüb zibiliyə atan qadın görün kim imiş!
Kocaelinin İzmit rayonunda 18 il əvvəl yeni doğulmuş körpəsini öldürərək zibil konteynerinə atdığı iddia edilən Emine Nilay Özkanın inşaat sektorunda layihə və mali idarəetmə üzrə konsaltinq xidmətləri göstərən şirkətin sahibi olduğu məlum olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə 27 may 2007-ci ildə İzmitin Yahyakaptan məhəlləsində baş verib. Həmin gün zibil konteynerində yeni doğulmuş qız körpəsinin meyiti tapılıb. Körpə Kocaeli Böyükşəhər Bələdiyyəsinin Qəbiristanlıq İdarəsinə məxsus "Kimsəsizlər qəbiristanlığı"nda dəfn olunub. Otopsiya nəticəsində körpənin boynuna üç dəfə dolanan göbək cığırının yaratdığı boğulma səbəbilə öldüyü müəyyən edilsə də, cinayət uzun müddət "faili məlum olmayan" kimi qalıb.
Kocaeli Polisi Cinayət Axtarış Şöbəsinin əməkdaşları 8 ay əvvəl işi yenidən araşdırmağa başlayıb. Bağlanmış iş üzrə bütün şübhəlilər yenidən dindirilib, 2007-ci ildə toplanan bütün sübutlar təkrar incələnib. 8 ay davam edən araşdırma nəticəsində zibil konteynerində tapılan qutudakı barmaq izi Emine Nilay Özkanın barmaq izi ilə uyğun çıxıb.
Bundan sonra aparılan DNA analizi də analığı təsdiqləyib və Özkanın körpənin anası olduğu müəyyən edilib. O, Sakaryanın Sapanca rayonunda saxlanılaraq həbs edilib və dünən çıxarıldığı məhkəmə tərəfindən tutqlanıb.
Məlum olub ki, Emine Nilay Özkan inşaat sektorunda fəaliyyət göstərən şirkətə rəhbərlik etməklə yanaşı, müxtəlif qeyri-hökumət təşkilatları və dərnəklərdə də aktiv iştirak edib. Polisə verdiyi ifadədə həmin dövrdə tək yaşadığını, çoxlu alkoqol qəbul etdiyini, bir neçə kişi ilə nikahdankənar münasibətdə olduğunu, hansı əlaqədən hamilə qaldığını bilmədiyini deyib.
Hadisə günü ilə bağlı danışarkən isə qanama səbəbilə tualetə getdiyini, orada düşük etdiyini, qucağına aldığı körpənin nəfəs almadığını düşündüyünü bildirib. Qorxduğu üçün körpəni qutuya qoyaraq zibil konteynerinə atdığını, o vaxtdan bəri hadisənin ağırlığı ilə yaşadığını söyləyib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1078 Tarix: 21 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində
3 oktyabrYeniyetmə oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı
1 oktyabrGəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi
11 oktyabrQızı ilə çörək almağa gedən ata motosikletin qurbanı oldu - VİDEO
İstanbulun Başakşehir rayonunda 45 yaşlı Mehmet Kartop 12 yaşlı qızı ilə çörək almağa gedərkən motosikletin vurması nəticəsində yaralanıb. Hadisə anı təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, sürətlə hərəkət edən və nömrəsi müəyyənləşdirilməyən motosiklet Kartopa çırpıldıqda
29 sentyabrBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən
3 oktyabrMasajist əlavə yolpulu istədi, müştəri onu təhqir edərək evdən qovdu - VİDEO
Türkiyədə evinə 5 min lirə qarşılığında masaj üçün çağırdığı qadının əlavə yolpulu istəməsinə əsəbiləşən şəxsin davranışı kameraya düşüb. xarici mediaya istinadla xəbər verir ki, razılaşdırılan məbləğdən əlavə yolpulu tələb edilməsi tərəflər arasında mübahisəyə səbəb olub. Masajist baş verənlərə etira
29 sentyabrYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabrLaçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub
10 oktyabr