Ölmüş anasının meyitini gizlətdi, özünü ona oxşadıb üç il pensiyasını aldı
İtaliyanın Mantua şəhəri yaxınlığındakı Borgo Virgilio qəsəbəsində yaşayan 56 yaşlı bir kişi üç il əvvəl vəfat etmiş anasının ölümünü gizlədərək onun pensiyasını almaqda ittiham olunur.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, həmin şəxs 2022-ci ildə vəfat edən anasının yerinə keçib onun pensiya ödənişlərini almağa davam edib. Hətta kimliyinin yenilənməsi zamanı belə anasının obrazını canlandırmağa çalışıb.
Kişinin bələdiyədə kimlik yeniləmə proseduru üçün müraciət edərkən anasına bənzəmək məqsədilə tünd rəngli parik taxdığı, makiyaj etdiyi, köhnə tərzdə qadın geyimləri və zinyət əşyaları ilə özünü "yaşlı qadın" kimi göstərməyə çalışdığı bildirilib. O, yaşlı qadın kimi yeriş etməyə cəhd göstərsə də, davranışları əməkdaşların şübhəsini çəkib. İşçilər onun üz cizgilərinin yaşlı qadına uyğun gəlmədiyini və boynunun "həddindən artıq qalın" olduğunu görərək məsələni rəhbərliyə çatdırıblar.
Bələdiyə əməkdaşlarının xəbərdarlığından sonra təqdim olunan foto ilə arxivdəki orijinal kimlik görüntüləri müqayisə edilib və polis işə qarışıb. Kişinin evində aparılan axtarış zamanı isə ananın cəsədi təmizlik otağında gizlədilmiş vəziyyətdə tapılıb. Bununla da dələduzluq şübhəsinin arxasındakı dəhşətli həqiqət üzə çıxıb.
Borgo Virgilio bələdiyyə sədri Francesco Aporti, həmin şəxsin binaya "dodaq boyası, dırnaq boyası, köhnə tərz sırğalar və tünd rəng pariklə daxil olduğunu" deyib. Onun qadın səsini imitasiya etməyə çalışdığı, lakin bəzi anlarda səsinin kişi tonuna keçdiyi də qeyd olunub.
İtalyan mediasının məlumatına görə, şübhəli işsiz tibb işçisi olub və anasının pensiyası ilə ailəyə məxsus üç əmlakdan gələn gəlirlər hesabına illik təxminən 53 min avro qazanc əldə edib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1008 Tarix: 27 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabrMasazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
30 sentyabrAbşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
4 oktyabrGürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri
2 oktyabrMəşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
3 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
3 oktyabrOtağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 1
11 oktyabr