Evinə aldığı dekor, bədəninin 30 faizinin yanmasına səbəb oldu - VİDEO
İstanbulun Beykoz rayonunda yaşayan 41 yaşlı Derya Yavaş, Başakşəhərdə bir dostunun evində baş verən faciəvi hadisə nəticəsində ağır yaralanıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə axşam saatlarında yaşanıb. Yavaş və həyat yoldaşı dostlarına qonaq getdikləri zaman, 4 nəfərlik qrup daha rahat və xoş bir mühit yaratmaq üçün dekorativ kamin yandırıb. Lakin bir neçə dəqiqə sonra komin qəfil bomba kimi partlayıb.
Partlayış anında kominə yaxın olan Yavaş güclü ağrı hiss edərək yerindən sıçrayıb. Bir anda otağın alova büründüyünü deyən qadın, dostları ilə birlikdə vəziyyəti nəzarətə almağa çalışsa da, ağır yanıq xəsarətləri alıb. Əvvəl yaxınlıqdakı xəstəxanaya aparılan qadın daha sonra Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasına köçürülüb. Avropanın ən böyük Yanıq Mərkəzlərindən biri kimi tanınan bu mərkəzdə aparılan müayinələr nəticəsində Yavaşın qarın və qol bölgələrində ciddi yanıq izləri olduğu və bədəninin 30 faizinin zədələndiyi müəyyən edilib.
Yavaşın həyat yoldaşı və dostlarının hadisəni yüngül yanıq xəsarətləri ilə atlatdığı bildirilib. Qadın baş verənləri danışarkən, Yanıq Müalicə Mərkəzinin rəhbəri, ümumi cərrahiyə üzrə mütəxəssis Prof. Dr. Mustafa Turan xəstənin vəziyyəti ilə bağlı məlumat verib və yanıq hallarında görülməli olan təcili tədbirlərdən danışıb.
Partlayışdan sonra yanan mebellərin və otağın vəziyyətini əks etdirən şəkillər, həmçinin həmin evdə daha əvvəl iki kominin birlikdə yandığı anlara aid görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub.
Hadisə araşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 865 Tarix: 02 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabrMasazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
30 sentyabrAbşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
4 oktyabrGürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri
2 oktyabrMəşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
3 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
3 oktyabrOtağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 1
11 oktyabr