Gənc sürücü maşında yanaraq həyatını itirdi - VİDEO
Karabükün Safranbolu rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi bir ailəni yasa boğub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, faciə Karabük–Bartın yolu üzərində, Tayyip kəndi yaxınlığında baş verib. Ferhat Yıldırımın idarə etdiyi 18 ABH 243 dövlət nömrə nişanlı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarındakı ağaca çırpılıb. Güclü zərbədən sonra avtomobil qısa müddətdə alovlanaraq tamamilə yanıb.
Qəzanın şahidləri dərhal hadisə barədə aidiyyəti qurumlara məlumat verib. Əraziyə sağlamlıq, polis, jandarma, AFAD və yanğınsöndürmə briqadaları cəlb olunub. Hadisə yerinə çatan yanğınsöndürənlər alovu nəzarətə alaraq söndürüb.
Tibb işçilərinin apardığı yoxlamada Ferhat Yıldırımın toqquşma anında həyatını itirdiyi müəyyən edilib. Onun nəşi prokurorluq baxışından sonra xəstəxananın morquna təhvil verilib.
Qəzanın başvermə səbəbi ilə bağlı polis və jandarma tərəfindən araşdırma davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 601 Tarix: 02 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Polisin çevik müdaxiləsi faciənin qarşısını aldı - VİDEO
Türkiyənin Kayseri şəhərinin Kocasinan rayonunda polis əməkdaşlarının operativ müdaxiləsi nəticəsində bir nəfərin həyatını xilas etmək mümkün olub. türk mediasına istinadən xəbər verir ki, iddialara görə, həyat yoldaşından ayrıldıqdan sonra psixoloji gərginlik yaşayan şəxs yaşadığı evdə bıçaqla özün
9 iyunHindistanda qeyri-adi hadisə: Arvadından boşanıb keçmiş qayınanası ilə evləndi
Hindistanda maraqlı və müzakirələrə səbəb olan hadisə baş verib. Ölkənin Kanpur şəhərində yaşayan bir kişi keçmiş qayınanası ilə ailə qurmaq üçün həyat yoldaşından rəsmi şəkildə boşanıb. xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, kişi ilə qayınanası arasında yaranan münasibət zamanla ciddiləşib
9 iyunTaksi sürücüsü sərnişinin hücumuna məruz qaldı: Ağır yaralandı - VİDEO
Türkiyənin İstanbul şəhərinin Şişli rayonunda taksi sürücüsü sərnişinlə yaşadığı mübahisədən sonra hücuma məruz qalıb. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, taksiyə sərnişin kimi əyləşən şəxs ilə sürücü arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə qısa müddətdə davaya çevrilib
5 iyunMaşını yumağa verdi, qiymətli boyunbağısından oldu
Bakının Yasamal rayonunda yerləşən avtoyuma məntəqələrinin birində müştəriyə məxsus avtomobildən 4300 manat dəyərində qızıl boyunbağı oğurlanıb. xəbər verir ki, Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllə
5 iyunRəqsanə Tacirin gəlininə bahalı HƏDİYYƏ VERDİ - VİDEO
Xəbər verdiyimiz ki, müğənni Tacir Şahmalıoğlu övladı Şahmalıya toy edib. xəbər verir ki, onun həmkarı Rəqsanə İsmayılova gəlinə bahalı üzük hədiyyə edib. Sözügedən görüntü izləyicilərin marağın səbəb olub. Qeyd edək ki, Tacir Şahmalıoğlunun övladı Şahmalı Aytac adlı xanımla ailə qurub
5 iyun4 uşaq anası zirzəmidə ölü tapıldı: Ölüm səbəbi araşdırılır
Türkiyənin Hakkari vilayətində şübhəli ölüm hadisəsi qeydə alınıb. Bağlar məhəlləsində yerləşən yaşayış binasının zirzəmisində 4 uşaq anası H.Ç. hərəkətsiz vəziyyətdə aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisəni görən şəxslərin məlumat verməsindən sonra əraziyə polis və təcili tibb
8 iyunTuneldə fövqəladə vəziyyət: qəza su basqınına səbəb oldu - VİDEO
Türkiyənin İstanbul şəhərində yerləşən Avrasiya Tunelində yol-nəqliyyat hadisəsi baş verib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, hərəkətdə olan minik avtomobili tuneldəki yanğınsöndürmə panelinə çırpılıb. Toqquşmanın təsiri nəticəsində yanğınsöndürmə sistemi zədələnərək partlayıb v
8 iyun