TRACTOR FC-dən İrandakı türklərin hüquqları ilə bağlı paylaşım: "Niyə söhbət İrandan gedəndə susursunuz?"

TRACTOR FC-dən İrandakı türklərin hüquqları ilə bağlı paylaşım: "Niyə söhbət İrandan gedəndə susursunuz?"İranın "Traktor" futbol klubunun adı ilə fəaliyyət göstərən "TRACTOR F.C." sosial şəbəkə səhifəsində Türkiyədə Azərbaycanla bağlı baş örtüyü müzakirələrinə sərt reaksiya verilib. Paylaşımda İranda yaşayan milyonlarla türkün ana dilində təhsil hüququ məsələsi gündəmə gətirilib.

Sonxeber.az xəbər verir ki, paylaşımda Türkiyədə bəzi dairələrin Azərbaycandakı məktəb geyimi qaydalarına etiraz etməsi ilə İranda türklərin dil hüquqları məsələsinə münasibəti müqayisə olunub.

"Müsəlman ölkəsində baş örtüyünə qadağa ola bilməz, amma türk düşmənçiliyi ola bilər?

İranda 40 milyona yaxın türk yaşayır. Lakin 100 ildən artıqdır ki, məktəblərdə türk dilində təhsil qadağandır. Heç kim öz dilində danışa bilmir. Heç kim övladına türkcə ad qoya bilmir. Heç kim şirkətinə, mağazasına və digər obyektlərə türkcə ad verə bilmir. Yalnız fars və ərəb dillərinə icazə verilir. Hətta prezidentin öz dilində danışmasına belə çətinliklə icazə verilir", - deyə paylaşımda iddia olunub.

Səhifə müəllifləri Türkiyədə Azərbaycanın məktəblərində baş örtüyü ilə bağlı müzakirələrə qoşulanlara müraciət edərək onların İrandakı türklərin problemlərinə eyni həssaslıqla yanaşmadıqlarını bildiriblər.

"Azərbaycan bir neçə həftədir baş örtüyü qadağasına görə öz qardaşlarınızın düşməninə çevrilib. Amma 100 ildir İranda yaşayan müsəlman türklərə qarşı aparılan assimilyasiya siyasətinə səsinizi çıxarmırsınız.

Əgər müsəlmanların hüquqları sizin üçün bu qədər önəmlidirsə, insanlıqdan danışırsınızsa, buradakı insanlar müsəlman deyilmi? Niyə söhbət İrandan gedəndə susursunuz?" - paylaşımda vurğulanıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 358   Tarix: 14 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlığı genişləndirmək qərarına gəliblər

Qazaxıstan və Belçika kritik əhəmiyyətli minerallar sahəsində birgə layihələri inkişaf etdirəcəklər. "Report" xəbər verir ki, bu barədə 24KZ məlumat yayıb. Bu gün Astanada keçirilən Qazaxıstan-Belçika dəyirmi masasında kritik əhəmiyyətli minerallar sahəsində əməkdaşlığın perspektivləri müzakir

13 oktyabr
.

Belçikada kütləvi tətil nəqliyyat və məktəblərin işini pozub

Belçikada dövlət sektoru işçilərinin büdcə xərclərinin planlaşdırılan ixtisarına qarşı ümummilli tətili ictimai nəqliyyatın, dəmiryolu əlaqəsinin, məktəblərin və dövlət teleradio yayımının işində fasilələrə səbəb olub. xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Tətil federal büdcəni

12 oktyabr
.

İndoneziyanın Semeru vulkanı dörd dəfə püskürüb

İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin məlumatına görə, Şərqi Yava əyalətində yerləşən Semeru vulkanının ən azı dörd püskürməsi qeydə alınıb. xəbər verir ki, mərkəzin məlumatına görə, kül sütunu vulkanın zirvəsindən (dəniz səviyyəsindən 4576 metr yüksəklikdə) 900 met

12 oktyabr
.

Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqləyib. Yeni paket çərçivəsində Rusiyanın müdafiə sənayesi ilə əlaqəli olduğu bildirilən təxminən 1600 şirkət və şəxs qara siyahıya salınıb. xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəs

12 oktyabr
.

Ukrayna müharibəsində Ukrayna özü günahkardır? - Tusk Trampa eyham vurdu

Polşa Baş naziri Donald Tusk Ukraynada müharibənin başlaması və hələ də atəşkəs əldə olunmamasına görə Kiyevin günahlandırılmasını qəbuledilməz sayır. "AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, Tusk Varşavadakı Təhlükəsizlik Forumunda çıxış edərkən Ukraynada baş verənləri İkinci Düny

13 oktyabr
.

Nürnberq aeroportu fəaliyyətini dayandırıb

Sərnişin təyyarəsinin göyərtəsində ehtimal edilən fövqəladə vəziyyətlə əlaqədar Almaniyada Nürnberq hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. xəbər verir ki, bu barədə yerli polisə istinadən Almaniyanın "Bild" nəşri məlumat yayıb. "Biz bunun havada baş vermiş fövqəladə vəziyyə

13 oktyabr
.

Tramp İrana qarşı yeni addımlar atacağı ilə hədələyib

ABŞ prezidenti Donald Tramp İranla münaqişənin tezliklə başa çatacağını bir daha bəyan edib. Bununla yanaşı, o, İslam Respublikasına qarşı yeni addımlar atacağı ilə hədələyib. xəbər verir ki, Tramp bu barədə Alyaska ştatında Konqresə keçiriləcək aralıq seçkilərə həsr olunmuş mitinqdə danışıb. "Gözləyin

14 oktyabr
.

Alimlər nikahların dağılmasının riyazi düsturunu tapdı

İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric

13 oktyabr
.

Ağ Evin yeni mətbuat katibi tezliklə işdən çıxarıla bilər

Ağ Evin bir neçə rəsmisi Keti Zakariasın mətbuat katibi vəzifəsində nə qədər qala biləcəyini soruşub və qeyd edib ki, onun işi ABŞ prezidenti Donald Trampı məmnun etməyəcək. xəbər verir ki, bir neçə müşavir və rəsmi CNN-ə bildirib ki, onun cəmi 15 dəqiqə davam edən ilk brifinqi pis qarşılanıb. O, vaxtını

14 oktyabr