Sarkisyan Azərbaycan ordusundan qorxduğunu etiraf etdi

Sarkisyan Azərbaycan ordusundan qorxduğunu etiraf etdiErməni prezident regionda genişmiqyası müharibə təhlükəsindən həyəcanla danışıb

Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda Azərbaycan ordusunun döyüş əzmi barədə qorxu dolu açıqlamalar səsləndirib.

Ermənistan Xarici İşlər Nazirliyində diplomat günü münasibəti ilə çıxış edən Serj Sarkisyan Azərbaycandakı döyüş əhval-ruhiyyəsi barədə narahatlıqla danışıb.

"Azərbaycan təmas xəttində gərginliyi artırır, hərbçiləri qəhrəmanlaşdırır",- deyə bildirən erməni lideri daha sonra diplomatlara ürək-dirək verib:

"Əgər Azərbaycan bu cür davam etsə və vəziyyəti müharibə səviyyəsinə qaldırsa, onda biz Dağlıq Qarabağ xalqının (??? - red.) təhlükəsizliyinin təmin edilməsi üçün əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik".

Daha sonra erməni lider Ermənistan əsgərinin dözümündən-filan bəhs etməyə başlayıb. Başqa cür ola bilməzdi, hər halda Serj Sarkisyan erməni xalqının başına Qarabağ bəlasını açan üzdəniraq liderlərdən biridir. Bu problem son 25 il ərzində Ermənistan əhalisinin 3 dəfə azalaraq 1,4 milyona düşməsinə, 300-ə yaxın erməni kəndinin tam boşalmasına, 100 kəndin sökülərək xəritədən ləğv edilməsinə gətirib. Yəni bu faciələri arxa plana keçirmək üçün yenə qəhrəmanlıq odaları oxumalıdır.

Amma dünən irad edilmiş bu çıxışda bir məqam diqqəti cəlb edib: Erməni lider bəlkə də ilk dəfə idi ki, çıxışında "təmas xətti" sözünü işlədirdi. İndiyə kimi erməni siyasətçilər həmişə qoşunların təmas xətti anlayışını "sərhəd" kimi ifadə edirdilər, özlərini və erməni xalqını inandırmağa çalışırlar ki, Qarabağ məsələsi həll edilib və sərhədlər müəyyənləşib. 1990-cı illərin əvvəllərində bu əhval özünü göstərirdi.

Məsələn, Kəlbəcəri işğal etmiş Ermənistan hərbçiləri min ildir burada yanlışlıqla türklərin yaşadığını, artıq buralara erməniləri yerləşdirməyin vaxtı çatdığını iddia etməyə başlamışdılar. Yəni hətta supergüclərin riayət etdiyi Helsinki prinsiplərinə tüpürmüşdülər. Amma indi Sarkisyan janrı dəyişib. Bu da sadəcə qorxunun əlamətidir.

Mənbə: istipress


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4322   Tarix: 03 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021