Bir ailənin fəryadı: Gəncin ölümünə ambulans səbəb olub?

Bir ailənin fəryadı: Gəncin ölümünə ambulans səbəb olub?2025-ci il avqust ayının 22-də Binəqədi rayonu, Binəqədi şosesində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən 19 yaşlı Xaliv İbrahimovun ailəsi baş verənlərlə bağlı bir sıra məqamları Baku TV-yə açıqlayıb.

Ailənin sözlərinə görə, "Kəpəz Hospital"a məxsus təcili tibbi yardım avtomobilinin sürücüsü Şahin Mustafayev içəridə xəstə olmadığı halda xüsusi işıq siqnallarını yandıraraq yola çıxıb. Bu zaman kuryer kimi çalışan motosiklet sürücüsü Xaliv İbrahimovu vurub. Yaralı hadisədən sonra elə həmin təcili tibbi yardım maşını ilə "Kəpəz Hospital"a aparılıb.

Ailə iddia edir ki, gəncin ölümünə təkcə qəza deyil, həm də həkim səhlənkarlığı səbəb olub.

Mərhumun anası Hicran İbrahimova bildirir ki, oğlunu başqa xəstəxanaya aparmaq istəsələr də, buna icazə verilməyib:

"Dedilər ki, bizim xəstəxananın işçisi vurub, ona görə də təmənnasız xidmət göstərəcəyik. Çanağının qırıldığını, ayağının isə sındığını bildirdilər. Səhər əməliyyat olunacaqdı, amma həkim başqa əməliyyatda olduğu üçün oğlumun əməliyyatını saat 11-ə saldılar. Bir saat keçməmiş xəbər verdilər ki, həyatını itirib. Həkimlər uşağımı öldürdülər. Sağalda bilərdilər, heç olmasa, əlil qala bilərdi. Dedim, uşağıma baxın, qanın içində çabalayırdı, amma baxmadılar".(oxu.az)

Daha ətraflı videomaterialda:


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1027   Tarix: 06 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021