Metroda tez-tez baş verən nasazlıqların səbəbi nədir?
Sakinlərin, xüsusən də tıxac vaxtı ən çox üz tutduğu Bakı metrosunda son günlər tez-tez problemlər yaşanır. Elə ötən gün də metronun "28 May" stansiyasında hərəkətə başlamaq istəyən qatarda yaranan nasazlıq səbəbindən sərnişinlər vaqondan düşürülüb və qatar "Nizami" stansiyasından texniki baxış üçün "Nərimanov" elektrik deposuna göndərilib.
Sonxeber.az Xəzər TV-yə istinadən xəbər verir ki, məsələyə münasibət bildirən "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun sözlərinə görə, hər sahədə olduğu kimi metroda da nasazlıqların, qüsur və nöqsanların olması mümkündür:
"Dünən baş vermiş hadisə ilə bağlı onu deyə bilərəm ki, idarəetmə panelində yaranmış nöqsan qısa müddətdə aradan qaldırılıb və müvafiq araşdırma aparılıb".
Qurum rəsmisinin sözlərinə görə, metroda baş verən müəyyən problemlərdə sərnişinlərin səbirsizliyinin az da olsa rolu var.
B.Məmmədov əlavə edib ki, "Bakı Metropoliteni" mümkün neqativ halların qarşısını almaq üçün bütün lazımi tədbirləri görməkdə davam edir.
Qeyd edək ki, belə hallar metronun hərəkət qrafikində gecikmələrə də səbəb ola bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 490 Tarix: 07 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəkidə VAZ-2107 ilə vurulan piyada öldü
Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad
7 noyabrQaxda yeddi nəfərin zəhərlənməsinin səbəbi məlum oldu
Qax rayonunda baş vermiş kütləvi qida zəhərlənməsinin səbəbi məlum olub. -ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, faktla bağlı araşdırma aparılıb. İlkin araşdırmalar nəticəsində zəhərlənmənin meşəlik ərazidən toplanılan yabanı göbələkləri
31 oktyabrBakıda 33 yaşlı kişi bıçaqlanıb
Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı
8 noyabrSumqayıtda 17 yaşlı oğlan dəm qazından zəhərləndi
Sumqayıtda bədbəxt hadisə baş verib. xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb. 2009-cu il təvəllüdlü T.Cəbrayılov dəm qazından zəhərlənib. Onun yaşadığı evin hamam otağında zəhərləndiyi bildirilir. O, xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır
8 noyabrÜç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı
Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın
14 noyabrMinaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo
15 noyabrPaytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
Bakıda restoranlardan birində dava baş verib. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarət alıb
14 noyabr