7 pitbullun hücumu nəticəsində baba və üç aylıq nəvəsi dəhşətli şəkildə həlak olub

7 pitbullun hücumu nəticəsində baba və üç aylıq nəvəsi dəhşətli şəkildə həlak olubABŞ-ın Tennessee ştatında baş verən dəhşətamiz hadisədə evə girən 7 pitbull cinsi itin hücumuna məruz qalan 50 yaşlı James Alexander Smith və onun 3 aylıq nəvəsi faciəvi şəkildə həyatını itirib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ştatın Tullahoma şəhərində qeydə alınıb. Polis əməkdaşları hadisə yerinə çatdıqda itlərin baba və körpəyə hücumu davam etdirmiş. Hücumu dayandırmaq üçün polis pitbullları atəşlə zərərsizləşdirmək məcburiyyətində qalıb. Lakin Smith və körpənin hadisə yerində öldüyü müəyyən edilib.

"Son dərəcə ağır və vəhşi mənzərə"

The Independent nəşri yazır ki, bölgə prokurorluğu hadisəni "son dərəcə çətin və vəhşi bir səhnə" kimi qiymətləndirib. Prokurorluq açıqlamasında bildirib: "Bu ağır itki zamanı həm ailəyə, həm də yaşanan travma ilə üzləşən ilk yardım qruplarına dəstək olmağınızı xahiş edirik".

Hadisə ilə bağlı aparılan araşdırmada itlərin daha əvvəl aqressiv davranış göstərib-göstərmədiyi, həmçinin Uşaq Xidmətləri İdarəsinin ailə ilə bağlı keçmişdə hər hansı müdaxilə edib-etmədiyi də araşdırılır.

Hadisənin şahidi olan qonşu Brian Kirby, küçədə qışqıran bir qadın gördüyünü, kömək etmək üçün yaxınlaşanda qadının dərhal evinə qaçdığını deyib. Bir neçə saniyə sonra polis əməkdaşlarının gələrək itləri zərərsizləşdirdiyini bildirib.

Hadisədən sonra ailə yaxınlarından Ely Cournoyer, həyatını itirən körpənin anası üçün yardım kampaniyası başladıb. O, ailənin həm əşyalarını, həm də təhlükəsizlik hissini itirdiyini, üstəlik Smith-in həyat sığortası olmadığı üçün dəfn xərclərinin də ailə tərəfindən qarşılanmalı olduğunu deyib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 806   Tarix: 08 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ! Qəzadan sağ çıxdı, maşından düşəndə TOK VURUB ÖLDÜRDÜ

Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, Bolsulu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib

11 oktyabr
.

Gəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu

Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi

11 oktyabr
.

Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay

9 oktyabr
.

Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video

Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]

3 oktyabr
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub

3 oktyabr
.

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb

10 oktyabr
.

14 yaşlı qız dəm qazından öldü

Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm

12 oktyabr
.

Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT

Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə

5 oktyabr
.

Yeniyetmə oğlan infarktdan öldü

Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı

1 oktyabr