"Atam buna görə qürur hissi keçirir" - Abdullah Zubir

"Atam buna görə qürur hissi keçirir" - Abdullah Zubir"Qarabağ"ın kapitanı Abdullah Zubir komandasının Çempionlar Liqasının əsas mərhələsindəki çıxışı və turnirdə oynamaq məqsədinə şəxsən necə yaxınlaşması barədə fikirlərini bölüşüb.

"Qafqazinfo" xəbər verir ki, "UEFA"ya danışan təcrübəli futbolçu komandasının inkişafından da bəhs edib:

"Qarabağ"a gələndə məqsədim Çempionlar Liqasında oynamaq idi. Avropa Liqasında və Konfrans Liqasında oynamaqdan zövq alırdım, amma Çempionlar Liqası tamamilə fərqlidir. Bu atmosferi, stadionları, azarkeşləri, ətrafda baş verən hər şeyi, xüsusən də evdə oynadığımız zaman həvəs inanılmazdır. Son bir neçə ildə klubun peşəkarlığı bir çox sahədə artıb:qidalanma, məşq, eyni zamanda iş yükü baxımından. Klub çox dəyişib və bu gün bir neçə illik işdən sonra əldə edilən nəticələri görürük".

Fransalı futbolçu uşaqlıqdan bəri bu məqsədə necə çatdığını da izah edib: "Mən çox oyunçunun peşəkarlaşmadığı işçi sinfi məhəlləsindən gəlirəm. Futbolçu olmaq şansları çox az idi. Məhəlləmdə oynayanda həmişə öz-özümə deyirdim: "Bir gün Çempionlar Liqasında oynayacam". Axı Çempionlar Liqası futbolun zirvəsidir. "Qarabağ"a gələndə isə şansımın olduğunu anladım. "Qarabağ"ın kapitanı olduğum üçün çox qürur duyuram. Bu, unudulmaz təcrübədir, bunu heç vaxt unutmayacam. Bir dəfə atamla birlikdə "Lill" və "Mançester Yunayted" arasında Çempionlar Liqası matçını izləməyə getmişdim. İndi isə şəxsən bu turnirdə oynamaq imkanım olduğuna görə atam böyük qürur hissi keçirir və mənə onun arzusunu gerçəkləşdirdiyimi deyir".

Abdellahın böyük qardaşı Muad da çox emosional danışıb: "Onun "Qarabağ"da gördüyü işlərlə fəxr edirəm. Ailəmizdən birinin dünyanın ən yaxşı turniri olan ÇL-də oynaması hamımızı çox sevindirir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 623   Tarix: 08 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həmin "zipline"da avqustda da ciddi problem olubmuş - Video

Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzindəki "zipline"nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub. "Qafqazinfo" Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib. Bel

10 sentyabr
.

Bu atları saxlayanlara 1000 manat veriləcək

"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"

10 sentyabr
.

Toydakı kütləvi zəhərlənmə buğlama və düyüyə görə olub

İsmayıllı rayonunda ötən ay baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"ya bildirilib ki, avqustun 20-də Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən Agentliyinin çağrı mərkəzinə İsmayıllı rayonu, Hacıhətəmli kəndində toy məclisi zaman

9 sentyabr
.

Nuranın oğlu Avropada təhsil alacaq

Müğənni Nura Suri kiçik oğlu Davidi Macarıstana yola salıb. Axşam.az xəbər verir ki, sənətçinin övladı Budapeştdə təhsil alacaq. Nura sosial şəbələdə paylaşım edərək "Oğlum David bu gündən yeni həyata addımlayır. Macarıstana təhsil almağa gedir. Yolun açıq olsun. Allah səni qorusun" sözlərin

9 sentyabr
.

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Yasamalda Transformator Məntəqəsində, Abşeron rayonunda isə TM və elektrik yarımstansiyasında təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-də

11 sentyabr
.

Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

Sentyabrın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna mali

10 sentyabr
.

Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində

İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları

10 sentyabr
.

Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı

Zərdabda beş nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin yeni təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, qəzaya düşənlər rayonun Məmmədqasımlı kənd sakinləri olub. Bildirilib ki, avtomobildə qəzaya düşən ailə üzvləri hadisə zamanı vəfat edən Qalib Məhəmmədovun nəvəsinin il

9 sentyabr
.

PISA 2025 nəticələrini Azərbaycan şagirdlərinin təhsil göstəriciləri baxımından necə qiymətləndirmək olar? - AÇIQLAMA

PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələri açıqlanıb. Barədə elm və təhsil naziri Emin Əmrullayev dünən keçirdiyi mətbuat konfransında məlumat verib. Bəs görəsən PISA 2025 nəticələrini Azərbaycan şagirdlərinin təhsil göstəriciləri baxımından necə qiymətləndirmək olar?

9 sentyabr