Xanəndə qəza törətdi - Atası və 2 yaşlı oğlu öldü - Yenilənib

Xanəndə qəza törətdi - Atası və 2 yaşlı oğlu öldü - YenilənibBu gün səhər saatlarında Zərdab rayonunda ağır yol qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, Kəndəbil kəndindən keçən yolda "Toyota Prius" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb və ağaca çırpılıb.

Nəticədə avtomobildə olan şəxslərdən biri hadisə yerində ölüb, digər şəxs isə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Ölən və yaralananın şəxsiyyəti müəyyənləşdirilir.

*

Məftun Məmmədovun sükanı arxasında olduğu "Toyota Prius"un idarəetmədən çıxaraq aşması nəticəsində onun atası İntiqam Məmmədov həlak olub.

Hadisə nəticəsində onun 3 ailə üzvü də xəsarət alıb. Onlardan sürücünün oğlu 2 yaşlı Tunar Məmmədovun vəziyyəti ağır qiymətləndirilir.

Qəzanı törədən Məftun Məmmədovun muğam ifaçısı olduğu bildirilir. Belə ki, o, "Muğam müsabiqəsi"nin iştirakçısı olub və yarışda üçüncü yeri tutub.

*

Qəzada xəsarət alan azyaşlı Tunar Məmmədov vəfat edib.

*

Zərdab Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 10:20 radələrində Zərdab rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3-ü uşaq olmaqla ümumilikdə 7 nəfər (2 qadın, 5 kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və qabırğaların çoxsaylı sınığı, qapalı kəllə beyin travması və müxtəlif nahiyələrin sıyrılmış, əzilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

2016-cı il və 2017-ci il təvəllüdlü azyaşlıların (hər ikisi kişi) vəziyyətləri stabil qiymətləndirilir, müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyətləri orta ağır qiymətləndirilən digər pasiyentlərin müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyəti ağır qiymətləndirilən 2023-cü il təvəllüdlü (kişi) azyaşlıya göstərilən bütün reanimasiyon tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 13:50 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zərdab rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, hadisə zamanı 1966-cı il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb".
Xanəndə qəza törətdi - Atası və 2 yaşlı oğlu öldü - YenilənibXanəndə qəza törətdi - Atası və 2 yaşlı oğlu öldü - YenilənibXanəndə qəza törətdi - Atası və 2 yaşlı oğlu öldü - YenilənibXanəndə qəza törətdi - Atası və 2 yaşlı oğlu öldü - Yenilənib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 900   Tarix: 09 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əli Kərimli barəsində həbs qətimkan tədbiri dəyişdirilmədi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı qərarın dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edilib. "Report"un məlumatına görə, bu gün Səbail Rayon Məhkəməsində vəsatətə baxılıb və qəra

10 dekabr
.

Chatgpt dövrü bitir - Daha "qorxulu" süni intellekt vasitələri gəlir

Google 2026-ci ildə ilk süni intellektli eynəklərini təqdim edəcək. xəbər verir ki, şirkət iki növ süni intellektli eynək üzərində işləyir. Onlardan birinci növ, ekran olmadan istifadə olunan, daxili dinamik, mikrofon və kamera ilə təchiz edilmiş eynəklərdir. Bu eynəklər istifadəçilərə süni intellek

9 dekabr
.

"Biz gələcək illərdə Slovakiya ilə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmaq niyyətindəyik" - DEPUTAT

Prezident İlham Əliyevin Slovakiya səfəri zamanı mətbuata verdiyi bəyanat bir daha Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələr və strateji tərəfdaş olduğunu sübut edir". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki,keçən il Slovakiya və Azərbaycan Stratej

10 dekabr
.

İbtidai sinif üçün vəsaitdə TÜKÜRPƏDƏN TAPŞIRIQ: "Atam həyətdə adam doğrayır"

"Bir işıq" adlı dərs vəsaitində testlərdən biri narazılığa səbəb olub. -ın əldə etdiyi məlumata görə, çox sayda müəllim bu vəsaitdən istifadə edərək şagirdləri 2-ci sinif üzrə kiçik summativ qiymətləndirməyə (KSQ) hazırlayır. Narazılığa səbəb olan tapşırığın şərtində "Atam həyətdə … doğrayır"

10 dekabr
.

"Hazırda əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın sayı 1 milyon 781 min nəfərdir" - DEPUTAT

İqtisadiyyatda fəal iştirak edənlərin cəmi 36,3 faizi əmək müqaviləsi ilə çalışır. xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov komitənin bugünkü iclasında deyib. O qeyd edib ki, hazırda əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın sayı 1 milyon 781 mi

10 dekabr
.

Regional kanalllar və internet televiziyaları Azerspace peykində niyə yayıma çıxa bilmir? - İQTİSADÇI AÇIQLADI

Azərbaycanın orbitdə iki telekommunikasiya peyki var. İlk peykimiz olan Azerspace 1 peyki 7 fevral 2013-cü ildə orbitə buraxılıb. Lakin ilk peykimizin orbitə buraxılmasından 13 ilə yaxın vaxt keçməsinə baxmayaraq, ölkədə yayımlanan regional kanallar və internet televiziyaları peykdə yayımlana bilmir

9 dekabr
.

"Cəmiyyətdə hüquqi mədəniyyətin formalaşması çətin və zəruri prosesdir" - Ziyafət Əsgərov

Ziyafət Əsgərov: Azərbaycan mədəniyyətinə xaricdən böyük təhdidlər mövcuddur. Azərbaycan mədəniyyətinə xaricdən böyük təhdidlər mövcuddur. xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov "Mədəniyyət və hüquq: müasir çağırışlar forumu"nun açılışında çıxışı zamanı deyib. Onu

10 dekabr
.

"Azərbaycan mədəniyyəti ilə bağlı yeni yanaşmalar işlənib hazırlanmaqdadır" - Nazir

"Azərbaycanın zəngin mədəni tarixi var və bu mədəniyyət Azərbaycan dövlətçiliyinin formalaşmasında ciddi və əsaslı təsirə malik olub". xəbər verir ki bunu mədəniyyət naziri Adil Kərimli "Mədəniyyət və Hüquq: Müasir Çağırışlar Forumu"nda açılış nitqi zamanı deyib. Nazir bildirib ki

10 dekabr
.

Milli Məclisin sədri Britaniyanın Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 10-da ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikası üzrə ticarət elçisi Lord Olderdaysla görüşüb. xəbər verir ki, görüşdə qeyd olunub ki, bu gün iki ölkə arasındakı ikitərəfli əməkdaşlıq iqtisadiyyat

10 dekabr