"Azərbaycan mədəniyyəti ilə bağlı yeni yanaşmalar işlənib hazırlanmaqdadır" - Nazir
"Azərbaycanın zəngin mədəni tarixi var və bu mədəniyyət Azərbaycan dövlətçiliyinin formalaşmasında ciddi və əsaslı təsirə malik olub".
Sonxeber.az xəbər verir ki bunu mədəniyyət naziri Adil Kərimli "Mədəniyyət və Hüquq: Müasir Çağırışlar Forumu"nda açılış nitqi zamanı deyib.
Nazir bildirib ki, Prezident İlham Əliyevin də dövlət siyasətində mədəniyyət anlayışı ana xəttə malikdir: "Onun Azərbaycan mədəni dəyərlərinin zənginləşməsi, gənc nəsildə yaradıcı potensialın inkişafı istiqamətində fəaliyyəti danılmazdır".
Nazir bildirib ki, Azərbaycan mədəniyyəti ilə bağlı yeni yanaşmalar işlənib hazırlanmaqdadır.
"Bu model, bu baxışla bağlı yaxın zamanda əlavə açıqlamalar veriləcəkdir", - o qeyd edib.
Adil Kərimli cəmiyyətdə mədəniyyətə fərqli baxışların qaçılmaz olduğunu da bildirib: "Mədəniyyət sosial məfhum və fenomendir. Bu mənada, mədəniyyətə yeni və geniş baxış formalaşmaqdadır. Hər şeyin başında mədəniyyət anlayışı dayandığı kimi, hüquq sistemində də mədəni dəyərlərimiz nəzərə alınmalı, bu əsasda qanunvericilik formalaşmalıdır".
Adil Kərimli qeyd edib ki, mədəni kimlik tarixən formalaşır və biz hər birimiz bununla fəxr etməli, onu bizdən kənar tutmağa çalışan, neqativlik yaradan qüvvələrlə bərabər mübarizə aparmalıyıq: "Çünki Azərbaycan mədəniyyəti təkcə nazirliyin, yaxud mədəni xadimlərin işi deyil, bu, ümumən bütün Azərbaycan cəmiyyətini əlaqədar edən anlayış və prosesdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Qədim Şuşada gözəllik yaradılır
Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!