Regional kanalllar və internet televiziyaları Azerspace peykində niyə yayıma çıxa bilmir? - İQTİSADÇI AÇIQLADI
Azərbaycanın orbitdə iki telekommunikasiya peyki var. İlk peykimiz olan Azerspace 1 peyki 7 fevral 2013-cü ildə orbitə buraxılıb. Lakin ilk peykimizin orbitə buraxılmasından 13 ilə yaxın vaxt keçməsinə baxmayaraq, ölkədə yayımlanan regional kanallar və internet televiziyaları peykdə yayımlana bilmir.
Halbuki dünyanın heç bir ölkəsində elə bir şey yoxdur ki, ölkənin özünün telekommunikasiya peyki olsun və həmin ölkədə yayımlanan kanallar peyk vasitəsi ilə yayım həyata keçirə bilməsin. Məsələn, regional kanallardan Kəpəz TV, Qafqaz TV, İsmayilli TV, ARB Cənub, eləcədə internet televiziyalarından APA TV, SƏS TV, Biznes TV, TV 1 və s. kanallar hələdə peyk vasitəsi ilə yayım həyata keçirə bilmir.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, Azerspace peykində yayımlanmaq üçün qiymətlər bahadırsa, bu kommersiya məsələsidir. Onun sözlərinə görə, regional kanalların maliyyə vəziyyəti çox aşağıdır: "Ona görədə onlar yayım üçün ən ucuz peyk axtarışındadırlar. Türksat peyki isə daha ucuz qiymətlər təklif edir. Burda iki yanaşma ola bilər.
Birinci yanaşma ondan ibarətdir ki, dövlət özü qərar verməlidir ki, informasiya təhlükəsizliyi baxımından peykdə yayım üçün yerli kanallara üstünlük verilsin və aşağı tariflər olsun. İkinci yanaşma isə ondan ibarətdir ki, burda kommersiya məsələsini önə çəkəcəklər və deyəcəklərki, Azercosmos tariflərini özü müəyyən edir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 676 Tarix: 09 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrMedia və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
1 noyabrAnasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabrAzərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu
1 noyabrVətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir
2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd
1 noyabrSükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad
1 noyabr