Mobil telefonda və ayaqqabılarda gizlədilmiş qızıl külçələr aşkarlandı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində qızıl külçələrin, mobil telefon, fotoaparat və digər malların qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, Şarja-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının çantalarına gömrük baxışı həyata keçirilib və gömrük orqanına bəyan edilməyən 2 ədəd mobil telefon, 3 ədəd fotoaparat, 10 800 ədəd xarici markalı siqaret, 16 ədəd elektron siqaret, 10 ədəd qida əlavəsi, "Dyson" markalı saç feni və digər mallar aşkarlanıb.
Gömrük nəzarəti tədbirləri zamanı sərnişinin özünü şübhəli apardığı müşahidə olunduğundan "Body-Scan" cihazı vasitəsilə yoxlama həyata keçirilib. Nəticədə həmin şəxsin ayaqqabılarından, gödəkçəsinin ciblərindən və ona məxsus mobil telefonun korpusundan xüsusi üsulla gizlədilmiş, ümumilikdə 90 qram qızıl külçə aşkar edilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 445 Tarix: 14 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hava limanında mədəsində narkotik daşıyan xarici vətəndaş tutuldu
Türkiyənin İzmir şəhərində yerləşən Adnan Menderes Hava Limanında keçirilən əməliyyat zamanı mədəsində 50 kapsul şəklində 490 qram metamfetamin daşıyan xarici vətəndaş saxlanılıb. xəbər verir ki, İzmir Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsi xaricdən hava yolu ilə ölkəyə narkotik gətiriləcəy
3 iyulOğlunun bombalı hücumundan sağ çıxmışdı, ürəktutmadan öldü
Türkiyənin Mardin vilayətində ötən il oğlunun avtomobilinə yerləşdirdiyi uzaqdan idarə olunan partlayıcı ilə öldürülmək istənilən Mehmet Eye vəfat edib. xəbər verir ki, 2024-cü il iyunun 30-da Mazıdağı rayonunda baş verən hadisədə miras üstündə yaranan mübahisə səbəbindən Polat E.-nin atası Mehmet Eyen
3 iyulAğsuda çətənə kolu yetişdirən şəxs tutulub
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 51 yaşlı Amil Nağıyev saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun yaşadığı ünvanda
4 iyulAzərbaycanda ZƏLZƏLƏ OLDU
Azərbaycanın İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumatda bildirilib ki, yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 60 km olub
4 iyulBoşanma mərhələsində olduğu həyat yoldaşını boğazından bıçaqladı - VİDEO
Türkiyənin Çatalca rayonunda boşanma mərhələsində olan həyat yoldaşını bıçaqlayan şəxs saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Kaleiçi məhəlləsində yerləşən "Millət Bağı"nda baş verib. Məlumata görə, Adil Beysi boşanma prosesində olduğu həyat yoldaşı Damla Beysi ilə danışma
3 iyulLisenziyası ləğv edilən plastik cərrah hovuzda ölü tapıldı
ABŞ-ın Kaliforniya ştatında keçmişdə estetik əməliyyatdan sonra bir pasiyentin ölümünə görə həkimlik lisenziyası ləğv edilən 71 yaşlı plastik cərrah Sarva Aldoori yaşadığı evin hovuzunda ölü tapılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Bakersfild şəhərində baş verib. Polis həkimin ölüm səbəbini
6 iyulBakıda ağır qəza - 1 nəfər ÖLDÜ
Bakıda səhər saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, Sabunçu rayonunda maşın dəmir maneəyə çırpılıb, bir nəfər ölüb. Belə ki, "Toyota Prius" markalı avtomobilin sürücüsü idarətməni itirərək yolun sağ tərəfində olan dəmir məhəccərə çırpılıb. Hadisə nəticəsində sürüc
3 iyul