Daha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - Video
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Sonxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-93" yaşayış kompleksi, 39 nömrəli binanın zirzəmisində fəaliyyət göstərən mebel sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;
- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb;
- elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib;
- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;
- işçilər yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmayıb və xüsusi jurnalda qeydlər aparılmayıb;
- obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilməyib;
- obyektin istismarının Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılması barədə sənəd təqdim olunmayıb;
- sahibkar fəaliyyətini tikinti norma və qaydalarının müvafiq tələblərinə zidd olaraq çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsində təşkil edib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-93" yaşayış kompleksi, 39 nömrəli binanın zirzəmisində fəaliyyət göstərən mebel sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Yerin altında 1000 tondan çox qızıl tapıldı - Yatağın dəyəri 83 milyard dollardır
Prezident İlham Əliyevdən "Sabah" futbol klubu ilə bağlı SƏRƏNCAM
Dubay polisi niyə "Ferrari" və "Lamborghini" sürür? - Məsələ sürətdə deyil
Firad Əliyevin oğlu da tələbə adını qazandı - FOTO
Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir - "715 min dollarımı vermirlər"
TƏBİB rəhbəri baş həkimi işdən azad etdi
Bu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi
Sabah hava necə olacaq?
Bu ünvanlardakı binalar sökülə bilər
"İşə düzəldəcəyəm" dedi, 14 500 manat aldı - Tosif Məmmədovla bağlı iddia
Bu ixtisas üzrə plan yerləri AZALDI: Əmək bazarına necə təsir edəcək?
David Seliverstovdan Novella Cəfəroğluna sillə kimi cavab: "Azərbaycanda "siyasi məhkum" yoxdur"
Toylarının bitməsinə az qalmış aldıqları xəbərlə sevincdən dəliyə döndülər - VİDEO
Təmirdən sonra "28 May" və "Nizami" stansiyalarında bu YENİLİKLƏR olacaq - AÇIQLAMA
VÜQAR MƏMMƏDOV: Dil öyrənmək sadəcə qaydaları bilmək deyil, həmin dili real məqsədlə istifadə etməkdir