Arvadını küçənin ortasında qətlə yetirdi, sakitcə hadisə yerindən uzaqlaşdı
Türkiyənin Adıyaman vilayətinin Kahta rayonunda dəhşətli ailədaxili zorakılıq hadisəsi baş verib. Boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən küçənin ortasında bıçaqlanan qadın xəstəxanada dünyasını dəyişib. Hadisədən sonra şübhəli şəxsin heç nə olmamış kimi hadisə yerindən uzaqlaşması diqqət çəkib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, M.A. boşanma ərəfəsində olduğu 45 yaşlı həyat yoldaşı Emine Aluçu küçədə yaxalayaraq sinə və boğaz nahiyəsindən bıçaqlayıb. Hücum zamanı cütlüyün adları açıqlanmayan azyaşlı qız övladı da xəsarət alıb. Azyaşlı qız anasını qan içində görərək ağır psixoloji sarsıntı keçirib.
Ətrafdakı vətəndaşların məlumatı əsasında hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Ağır xəsarətlər alan Emine Aluç ilkin tibbi müdaxilədən sonra Kahta Dövlət Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə anları ətrafdakı vətəndaşlardan birinin mobil telefon kamerası ilə saniyə-saniyə lentə alınıb. Görüntülərdə M.A.-nın həyat yoldaşını övladının gözü qarşısında bıçaqladıqdan sonra soyuqqanlı şəkildə, rahat hərəkətlərlə hadisə yerindən uzaqlaşdığı əks olunub.
Məlumata görə, şübhəli şəxs hadisə yerindən qaçıb. Onun saxlanılması üçün polis əməkdaşları tərəfindən genişmiqyaslı axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı istintaq davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 841 Tarix: 22 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar
8 oktyabrGəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl
4 oktyabr2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabrGürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri
2 oktyabrİnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabrYeniyetmə oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı
1 oktyabrTürkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabr