"Prezident İlham Əliyev Azərbaycanın şərəf tarixini yazan və yaradan Müzəffər Liderdir" - AÇIQLAMA

"Prezident İlham Əliyev Azərbaycanın şərəf tarixini yazan və yaradan Müzəffər Liderdir" - AÇIQLAMA"Dövlətləri və xalqların dünyaya daha yaxından tanıdan tarixi və milli-mədəni dəyərləri ilə yanaşı, həm də onların müdrik və görkəmli siyasi liderləridir. Məhz belə liderlər öz siyasi və dövlətçilik fəaliyyətləri ilə tarixi proseslərə təsir göstərir, onların inkişaf istiqamətlərini müəyyənləşdirir, əməlləri ilə təmsil etdikləri xalqın qürur mənbəyinə çevrilirlər. Parlaq ideyalarının, siyasi-diplomatik fəaliyyətlərinin nəticəsi olaraq onlar dövlətin tərəqqisində, xalqın birliyində həlledici rol oynayırlar. Siyasi liderlərin fəaliyyətlərinin nəticələri barədə tarixdən çoxlu misallar gətirmək olar. Olduqca qürurvericidir ki, müasir və müstəqil Azərbaycan dövlətinin müasir yüksəliş nümunəsində müdrik siyasi liderlərin dövlətlərin və xalqların taleyindəki böyük rolu aydın görünür. Bəli, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi və ötən 22 ildə möhtərəm Pezident İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi kursun nəticəsi olaraq Azərbaycanın tarixinin ən qüdrətli dövlətinə çevrilməsi siyasi liderlərin xalqların taleyindəki rolu barədə dolğun fikir yürütmək üçün böyük mənbədir".

Bunu Sonxeber.az-a Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Adil Hüseynov danışıb.

O. açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bu dövrdə Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizm, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilib, nəhəng transmilli, energetika layihələri reallaşdırılıb:

"Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti qarşısında ən böyük tarixi xidmətlərindən biri də müəyyən etdiyi siyasi kursu layiqincə davam etdirməyə qadir istedadlı, praqmatik və rasional təfəkkürlü, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi varisini yetişdirməsidir.
Hələ 2003-cü ildə Azərbaycan xalqı İlham Əliyevi ilk dəfə Prezident seçməklə həm də Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Bu, xalqımızın Ümummilli Liderə sevgisinin və sonsuz inamının bir daha təsdiqi oldu. Prezident kimi fəaliyyətə başlayan İlham Əliyev andiçmə mərasimində ona göstərilən etimada görə xalqa minnətdarlığını bildirdi, Heydər Əliyev siyasətinə sadiq qalacağını bəyan etdi: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".
Ötən 22 ildə müdrik rəhbərliyi ilə verdiyi bütün vədləri doğruldan, dövlətimizin qarşısında dayanan taleyüklü problemlərin həllinə nail olan cənab Prezident İlham Əliyev öz əməlləri ilə Ulu Öndər Heydər Əliyevin ən layiqli siyasi davamçısı olduğunu sübuta yetirib, dövlətə və xalqa xidmətin mükəmməl nümunəsini yaradıb. Prezident İlham Əliyev ötən 22 il ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Bu baxımdan qürurla qeyd etməliyik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində son 22 illik zaman kəsiyi Azərbaycan tarixinin iqtisadi yüksəlişlə başlayıb tarixi Zəfərlə davam edən ən qüdrətli mərhələsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə geridə qoyduğumuz 22 il ərzində ölkəmiz ən şanlı dövrünü yaşayıb və bundan sonra da yaşayacaqdır.
Prezident İlham Əliyevin rəhbərliyi altında bu dövrdə Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizm, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilib, nəhəng transmilli, energetika layihələri reallaşdırılıb. "Zəngin və qüdrətli Azərbaycan uğrunda" çağırışı ilə milyonları öz ətrafında toplayan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan demokratik və hüquqi dövlət kimi inkişaf edib. Heydər Əliyev siyasətinə söykənərək ölkəmizin uğurlara imza atdığı bu illər Azərbaycan tarixinin ən parlaq dövrüdür. Azərbaycan Prezidenti fəaliyyətinin bütün sahələrində milli və dövlətçilik maraqlarını öndə saxlayıb, Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirib.
Əsrə bərabər 22 ilin zirvəsində, təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Prezident İlham Əliyev Vətən müharibəsinin qalibi, Qarabağın xilaskarı oldu. Prezident, Ali Baş Komandan İlham Əliyev öz qüdrətli ordusunu yaratdı, qələbə qazandı və işğaldan azad edilmiş ərazilərimizə səfərlər edərək möhtəşəm Zəfərini bütün dünyaya bəyan etdi. Böyük Qələbə bilavasitə dövlət başçısının mükəmməl siyasi savadı, strateqliyi, güclü təfəkkürü, diplomatik ustalığı, dəmir iradəsi sayəsində əldə edildi. Sadalanan keyfiyyətlər nəticəsində hərb meydanından əlavə, siyasi və diplomatik arenada da üstünlük birbaşa Azərbaycanın tərəfinə keçdi. Xalqın etimadına, haqq yolunda ədalətə söykənən lider tarixi ədaləti bərpa etdi. Cənab İlham Əliyevin adı möhtəşəm Zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü.
Azərbaycan dövləti torpaqlarımızı erməni işğalçılarından azad etməklə bölgədə yeni reallıq yaratdı və 27 il BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan məlum dörd qətnaməsinin tələblərini yerinə yetirdi. Şanlı qələbədən sonra Prezident İlham Əliyevin dediyi kimi, "Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir".
2023-cü il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılması və uğurla başa çatdırılması nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa edilməsi, ərazilərimizdə qanunsuz məskunlaşmış erməni separatçılarının şərtlərimizi qəbul edərək təslim olmaları qalib ölkəmizin böyük uğuru olaraq hər birimizi qürurlandırdı, tariximizin növbəti şərəf səhifələri oldu. Bütün bunlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını bir daha bütün dünyaya nümayiş etdirdi.
Prezident İlham Əliyev 2003-cü ildən sonra keçirilən bütün prezident seçkilərinin qalibidir. Bir məsələni də qeyd etmək yerinə düşər ki, Siyasi liderə inam onun hakimiyyət səlahiyyətlərinin legitimliyində və cəmiyyətdə böyük nüfuz qazanmasında xüsusi yer tutur. Xüsusilə seçkilər liderə inamın hansı səviyyədə olduğunu sübut edən göstərici rolunu oynayır. Cəmiyyətdə gedən proseslərə obyektiv mövqedən yanaşması və ictimai şüurda baş verən dəyişiklikləri daim diqqət mərkəzində saxlaması siyasi liderin böyük uğurlar əldə etməsinə yol açır. Seçicilər, adətən, elə siyasi lideri dəstəkləyirlər ki, onun ideya və baxışları ictimai tələblərə tam şəkildə cavab verir. Siyasi liderin nüfuz qazanması üçün ümummilli mənafeləri üstün tutması, xalqı düşündürən məsələlərə böyük həssaslıqla yanaşıb onları həll etməsi vacib şərtdir. Buna görə də Azərbaycan xalqının Prezident İlham Əliyevə inamı onun müxtəlif illərdə keçirilmiş prezident seçkilərində böyük səs çoxluğu ilə qələbə qazanmasına həlledici təsir göstərmişdir və bunun əsasında siyasi elektoratın rasional seçimi dayanır.
Prezident İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsi olaraq Azərbaycan beynəlxalq miqyasda sürətli inkişaf yolunda olan, dünyadakı aktual problemlərin həllinə töhfələr verən dövlətlərdən biri kimi tanınır. Dünya Azərbaycanı həm də torpaqlarını döyüş yolu ilə işğaldan azad edən dövlət kimi tanıyır. Ona görə Prezident İlham Əliyev Azərbaycanın şərəf tarixini yazan və yaradan Müzəffər Liderdir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 524   Tarix: 23 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklikləri TƏSDİQLƏDİ

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb. Dəyişikliklər gömrük qanunvericiliyinin tətbiqi zamanı ortaya çıxan məsələlərin həlli, gömrük fəaliyyətinin müasir tələblərə və beynəlxalq təcrübəy

4 avqust
.

Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin gücləndirilməsinin davam etdirilməsi vacibdir. xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib. "Nəqliyyat infrastrukturu sahəsində əlaqələr də daxil olmaqla, Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələri

13 avqust
.

Azərbaycanın bir sıra ölkələrdəki səfirləri dəyişdirildi

Azərbaycanın Polşa, İsveçrə, Niderland, Lixtenşteyn, Lüksemburq və Belçikadakı səfirləri geri çağırılıb, bəzilərinə yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb. Sərəncamlarla:. - Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasını

10 avqust
.

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və daş kömür göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük baş tutacaq. "Report"a istinadən xəbər verir ki, bu ölkəyə 8 vaqon buğda, 10 vaqon daş kömür göndəriləcək. Qatar sabah saat 11:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək

7 avqust
.

Prezidentdən Naim Cahidzadə ilə bağlı iki SƏRƏNCAM

Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikas

4 avqust
.

Arayik və digərləri ilə bağlı YEKUN QƏRAR VERİLDİ

Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğ

6 avqust
.

İlham Əliyevin Naxçıvana səfəri sosial-iqtisadi simasnı tamamilə dəyişəcək - Deputat

"Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri muxtar respublikanın sosial-iqtisadi simasını tamamilə dəyişəcək və onu regionun ən müasir mərkəzlərindən birinə çevirəcək yeni bir mərhələnin başlanğıcıdır. Səfər çərçivəsində Dövlət Başçımız tərəfindən səsləndirilən fikirlər və təməli qoyula

12 avqust
.

Azərbaycan 2 ölkə ilə maliyyə sektorunda əməkdaşlıq edə bilər

Azərbaycan Serbiya və Gürcüstanla maliyyə sahəsində əməkdaşlıq edə bilər. "Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yarım illik hesabatında bildirilir. Sənədə əsasən, bu ilin I yarısında qurumda Serbiya və Gürcüstanın maliyyə nazirlikləri ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumlarını

7 avqust
.

İlham Əliyevdən üç diplomatla bağlı SƏRƏNCAMLAR

Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb

12 avqust