Mədə ağrısı ilə xəstəxanaya getdi, tomoqrafiyanı görən həkim dərhal polisə xəbər verdi
Mərakeşdən təxminən 3 min kilometr məsafəni təyyarə ilə qət edərək Türkiyəyə gələn Cüneyt G., iki gün sonra qarın ağrısı şikayəti ilə İstanbulun Fulya səmtində yerləşən özəl xəstəxanaya müraciət edib. Müayinədən sonra şübhəlinin tomoqrafiyası çəkilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, aparılan müayinə zamanı Cüneyt G.-nin mədə və bağırsaqlarında yad cisimlər aşkar edilib. Bunun üzərinə xəstəxana rəhbərliyi vəziyyətlə bağlı polisə məlumat verib.
Xəbərdarlıq əsasında hərəkətə keçən Beşiktaş Asayiş Büro Amirliyi əməkdaşları həkimlərlə görüş keçirib. Həkimlərin qərarından sonra əməliyyata alınan Cüneyt Ç.-nin bağırsaqlarından ümumi çəkisi 259,7 qram olan 49 ədəd narkotik maddə (esrar macunu) çıxarılıb. Şübhəliyə məxsus bir ədəd mobil telefon da xəstəxana tərəfindən polisə təhvil verilib.
Müalicəsi başa çatdıqdan sonra xəstəxanadan buraxılan Cüneyt Ç. polis tərəfindən saxlanılıb. Polis idarəsində aparılan əməliyyat tədbirlərindən sonra şübhəli məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Cüneyt Ç. "narkotik maddələrin satışı" maddəsi ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Bildirilib ki, Cüneyt G.-nin daha əvvəl polis qeydiyyatında "qəsdən xəsarət yetirmə" və "ehtiyatsızlıqdan xəsarət yetirmə" maddələri üzrə cinayət qeydləri mövcuddur.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1352 Tarix: 23 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər
Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident
14 oktyabrAzərbaycan-Laos əlaqələrində yeni əməkdaşlıq imkanları
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında əməkdaşlığın yalnız siyasi və iqtisadi münasibətlərlə məhdudlaşmadığını, eyni zamanda, humanitar
15 oktyabrAzərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı
14 oktyabrSergey Lavrov Bakıya gəldi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir
14 oktyabrAzərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir
Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind
14 oktyabrFüzuli şəhərində aparılan bərpa işləri
Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyulub. 17 oktyabr 2020-ci il şərəf və qürur günlərimizdəndir. Çünki bu tarixdə sadəcə tarixi yurd yerimiz olan Füzul
15 oktyabr